Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Steve Jobs’un həyatını dəyişdirən sual
Apple şirkətini 1976-cı ildə yaradılandan bəri Steve Jobs bütün vaxtını sevimli işinə sərf edirdi. O bütün iclaslarda iştirak etsə də, həyatında cəmi bir dəfə çox vacib iş görüşünə getməyib. Yəqin ki, bunun üçün çox ciddi səbəblərinin olduğunu düşünürsünüz. Axı necə ola bilər ki, işinə bu qədər bağlı və məsuliyyətli insan vacib görüşü başqa nəyləsə əvəzləsin?

Əslində hər şey çox sadədir: Jobs həmin gün daha sonra həyat yoldaşı olacaq xanımla ilk görüşü olduğu üçün iş görüşünə getməmişdi.

Bir dəfə Steve Universitetdə hesabatla çıxış edirdi. Auditoriyada onun gələcək həyat yoldaşı Lauren Povell oturmuşdu. Steve qızı çox bəyənir və çıxışdan sonra onunla tanış olmaq qərarına gəlir. Onlar nömrələrini bir-birinə verirlər. Steve uzun müddət gözləmək istəmir və elə həmin gün qıza birlikdə nahar etməyi təklif edir. Lakin adətən olduğu kimi, bu dəfə də kiçik bir maneə var idi – planlaşdırılmış iş görüşü.. Maşına oturduqda, Steve özünə çox vacib bir sual verir: “Bu gün mənim həyatımının sonuncü günü olsaydı, nə edərdim?” Çox qısa sürən düşüncələrdən sonra, o yenidən universitetə qayıdır, Lauren’i də özüylə aparır. Bu andan etibarən onlar bir də heç vaxt ayrılmırlar.

Heç nəyin əbədi olmadığını başa düşmək – müdriklik də məhz elə budur. İnsan bunu yadda saxladığında, ona daima vacib məsələləri həll etmək, qərar qəbul etmək üçün cəsarət gəlir, risk edə bilir, özünü tamamilə oyuna həsr edə bilir. Həmin oyuna ki, biz onu həyat adlandırmağa öyrəşmişik.

Bu sualı özünüzə tez-tez verin. Bu sizə həyatınızda ən vacib olan şeyləri tapmaqda və onlara doğru getməkdə köməkçi olacaq. Nə qədər ki, gec deyil, bunu etməyə çalışın! Bax məsələn, elə bu gün həyatınızın son günü olsaydı nə edərdiniz?

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »