Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İosif Stalinin oğlunun müəlliminə yazdığı məktub
Tarixin ən qanlı liderlərindən biri hesab edilən İosif Stalin öz oğlunun məktəb müəlliminə ağlınıza gəlməyəcək formada məktub.

“Müəllim Martışinə məktub!

Sizin oğlum Vasiliy Stalinlə bağlı məktubunuzu aldım. Məktub üçün təşəkkür edirəm.

İşlərimin çoxluğu səbəbindən məktubunuza gec cavab verirəm. Üzrlü hesab edin.

Vasiliy – ərköyün, orta istedadlı bir uşaqdır. O, özündən zəif gördüyü müəllimləri şantaj etməyi sevən, dağınıq iradəyə sahib uşaqdır.

Bir zamanlar dayələri “-Sən Stalinin oğlusan,” deyərək, onu ərköyünləşdiriblər.

Mən çox xoşbəxtəm ki, sizin kimi öz peşəsinə hörmət edən, Vasiliy kimi arsız uşaqdan məktəb qaydalarına tabe olmağı tələb edən və onunla digər şagirdlərlə bərabər davranan bir müəllim var. Vasiliy məktubda bəhs etdiyiniz, məktəblərdə yeri olmayan fərsiz və yaltaq müdirlər tərəfindən qudurdulub. Əgər Vasiliy bu günə qədər özünü məhv etməyibsə, bunu sizin kimi müəllimlərə borculuyuq.

Mənim məsləhətim: Vasiliyə daha sərt tələblər qoymağınız, onun “intihar” şantajlarına fikir verməməyinizdir. Bu mövzuda mənim tam dəstəyimi hiss edəcəksiniz.

Təəssüf ki, Mən özüm Vasiliy ilə məşğul olmağa vaxtım çatmır. Ancaq zaman-zaman əlim onun yaxasında olacağının sözünü verirəm

Salamlar!"

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »