Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Röyanın evinə xadimə kimi girdi, müğənni kimi çıxdı

Əməkdar artist Röya Ayxanın başına Türkiyədə maraqlı hadisə gəlib. “Qafqazinfo” xəbər verir ki, müğənni instaqram səhifəsində video paylaşaraq İstanbuldakı evini təmizləmək üçün xadimə çağırdığını, həmin xanımın isə müğənni olmaq aruzusunda olduğunu qeyd edib:

“İstanbuldakı evim balaca olduğu üçün həmişə özüm təmizləyirəm. Bu dəfə təmizləmək üçün xanım çağırdım. Mənə söylədi ki, sən kimsən? Mahnıma qulaq asdırdım. O gələnə kimi 3 otağı təmizlədim. Özbəkistanlı qadın idi. Biləndən sonra müğənniyəm, başladı ki, mən də konservatoriya bitirmişəm, oxuyan olmaq istəyirdim.

Mən də ona dedim ki, ay xanım, ürəyiniz nə istəyirsizsə, onu da edin. Elə bu sözü deyən kimi qadın əlindəki yataq dəstini yerə atdı. Dedi ki, siz düz deyirsiniz, bu gündən bu sənətin daşını atıram, müğənni olacağam. Təmizlik əşyalarını, tozsoranı - hər şeyi ortada qoyub, çıxıb getdi. Hələ 200 TL də məndən aldı”.

Paylaş »
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› Avqustun 3-nə olan hava proqnozu
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› İntizam komissiyası polisi döyən deputatla bağlı rəyi yekdilliklə qəbul edib
››› Azərbaycanda zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »