Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda uşaqlara Arenda, Təkər adları qoymaq istəyiblər

2019-cu ildə Azərbaycanda Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına adlarla bağlı 50-yə yaxın müraciət daxil olub.

Bunu Oxu.Az-a açıqlamasında Komissiyanın sədr müavini, professor Sayalı Sadıqova bildirib.

Sayalı Sadıqova

Onun sözlərinə görə, bəzi adların uşaqlara qoyulması ilə bağlı müraciətlərə mənfi cavab verilib: “Bu il valideynlər bizim quruma yeni doğulan uşaqlarına Rozef, Arenda, Təkər, Mirasoel və Cahardəst adlarının qoyulması üçün müraciət ediblər. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri adların qoyulması və ya dəyişdirilməsi ilə bağlı edilən müraciətlərə mənfi cavab verib”.

Sayalı Sadıqova bildirib ki, valideynlər uşaqlarına maşın adları da qoymaq istəyib: “Maşınla bağlı cizgi filmin qəhrəmanı olan Makvin, maşın markası Lada adlarını qoymaq istəyənlər də olub”.

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »