Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Klassik mədəniyyəti dərindən öyrənmək üçün 8 onlayn resurs
Karl Saqanın belə bir məşhur ifadəsi var: “Keçmişi bilməyən insanlar, bu günlərini dərk edə bilməzlər.” Klassika da hər sahədə bizə keçmişdən yadigar qalan ən qiymətli əsərləri təqdim edir. Sizə klassikanı dərindən öyrənmək üçün ən yaxşı bələdçinizə çevriləcək 8 resursu təqdim edirik. Yararlanın və keçmişin müdrikliyini bu gününüzə daşıyın.

The LiberalArts

Əsas klassik kitabları öyrənməklə, 2 həftədə bir kitabı bitirmək şərtilə 4 illik oxuma planı təqdim edən resursdan siz özünüzə maraqlı gələn sahələri və kitabları seçmək imkanı ilə də təmin edilirsiz. Birinci il Yunan müəllifləri, ikinci il Roma müəllifləri, orta əsrlər, Renessans dövrü, üçüncü il 17-18-ci əsr kitabları, 4-cü il isə 19-20-ci əsrin klassikasını öyrənmək imkanı bəxş edir.

A Lifetime’s Reading: The World’s 500 Greatest Books

50-dən artıq kitabın müəllifi, alim, redaktor və kitabşunas olan Philip Ward tərəfindən tərtib edilmiş dünyanın ən yaxşı 500 kitabı olan siyahı

Great Books of the Western World

Qərb dünyasından oxumalı olduğunuz 161 əsas kitabın siyahısı

The Western World’s 500 Greatest Books

Gutenberg Layihəsi tərəfindən tərtib edilmiş mükəmməl siyahı sizə qərb sivilizasiyasının ən vacib 500 kitabını təqdim edir.

Great Literature of the Eastern World

Çin, Hindistan, Yaponiya, Koreya və Yaxın Şərqin klassikasının ən seçmə bədii əsərləri təqdim edilir.

Classic Reader

3800-dən artıq pulsuz kitaba çıxış əldə edəcəyiniz bu resursda kitabların bir çoxunu klassik əsərlər təşkil edir.

Planet Ebook

80+ pulsuz klassik kitabı kompüter və ya mobil telefonunuzdan oxuya bilərsiniz.

Project Gutenberg

42 000-dən artıq pulsuz kitabı Gutenberg arxivlərindən tapa bilərsiniz. Onları birbaşa elektron oxucunuza yükləyə və ya mobil telefonunuzdan oxuya bilərsiniz. Özünütəhsil üçün mükəmməl resursdur

pahoo.az

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »