Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bacısının meyitini 18 il soyuducuda saxladı

Xorvatiyanın şimalında cəmi 984 nəfərin yaşadığı Palovets kəndində 18 il əvvəl itən adamın meyiti tapılıb. Yasmina Dominiç itkin düşəndə cəmi 23 yaşı vardı.

Bizimyol.info xəbər verir ki, Medimurye şəhər polisi Yasminanın bacısını təqsirli bilir. Onu qəsdən adamöldürmə ittihamı ilə həbs ediblər. Polis 45 yaşlı qadının bu müddət ərzində bacısının meyitini soyuducuda saxladığını bildirir.

Yasmina o vaxt itkin düşəndə bacısı onun Fransaya çıxıb getdiyini iddia edirdi. Polisə yalnız 2005-ci ildə müraciət olunmuşdu. Polis əməkdaşı Nenad Risek hələ onda istintaqda iştirak etmişdi. Onun dediyinə görə, Yasminanın bacısının yaşadığı həyətdə axtarış da aparmışdılar, amma heç nə tapmamışdılar. Onda qadından şübhələnmədiklərindən, evə daxil olmamışdılar.

Yasminanın böyük bacısı bu müddətdə həmin evdə qızı və kürəkəni ilə yaşayıb. Atası da iki il əvvəl vəfat edənə qədər bu evdə olub. Ana isə çoxdandır Almaniyada işləyir.

Yerli mətbuatın yazdığına görə, işığın uzun müddətə sönməsi meyiti üzə çıxarıb. Ətrafa kəskin qoxu yayılıb. Kürəkən gizli soyuducunu tapıb və meyit haqda polisə məlumat verib.

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
››› Sərxoş deputat polisi evindən yuxudan qaldıraraq öz obyektində döyüb
››› Cins şalvar geyindiyi üçün döyüldü, körpüdə asılı tapıldı
Son xəbərlər
Bütün xəbərlər »