Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müxalifət liderinə 216 il həbs cəzası

Belə sərt qərarı Nikaraqua məhkəməsi çıxarıb. Müxalifət lideri Medaro Mayrenaya 216 il həbs cəzası verilib.

Bizimyol.info xəbər verir ki, Mayrena Nikaraquada kəndli hərəkatının başçısı sayılır. O, həmişə aşağı təbəqənin haqları uğrunda mübarizə aparıb. Mayrena böyük ehtimalla transokean kanalının tikintisinə etiraz etdiyinə görə belə sərt cəza alır.

Müxalifət liderini polisə xəsarət yetirməkdə, adam oğurluğunda, terrorizmdə, mütəşəkkil cinayətkarlıqda, dövlət əmlakına zərər vurmaqda ittiham edirlər. Kəndli hərəkatının başqa üzvlərindən də böyük cəza alan olub. Pedro Mene 210, Orlando İkabalzete isə 159 il azadlıqdan məhrum edilib.

Mayrenaya prokuror 73 il cəza istəmişdi. Amma məhkəmə çox sərt qərar çıxarıb.

Müxalifət lideri yalnız 30 il həbsxanada keçirəcək. Çünki Nikaraqua qanunvericiliyi bundan böyük həbs müddətinə imkan vermir.

Transokean layihəsinə 2014-cü ildən etirazlar var. Nikaraqua hökuməti bu kanalın tikintisi üçün xeyli sadə adamın torpağını ələ keçirib, kompensasiya ödəmir.

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »