Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qocalmanın qarşısını alan dərman uğurla sınaqdan keçirildi

Elm ağıla gəlməyəcək zirvələri fəth edir. Elm dünyası qocalığın qarşısını almaq və ya qocalıq prosesini yavaşlatmaq üçün yeni yollar axtarır.

Bizimyol.info xəbər verir ki, ABŞ-dakı Ostin Universitetinin alimləri insanların iştirakı ilə qocalıq fenotiplərinin hüceyrələrinin məhv edilməsi üçün ilk klinik sınaq keçirib. Bu haqda “Science Alert” nəşri yazıb.

Sınaqda ağciyərlərin fibrozundan əziyyət çəkən 14 pasiyent iştirak edib. Ölümcül vəziyyətdə olan adamlara üç həftə rəzində doqquz doza dazatinib və çoxlu bioloji aktiv əlavələrin olduğu kversetin qarışığı verilib. Qarışıq dərman məhz qocalıq fenotiplərinin hüceyrələrinin məhvinə hesablanıb.

Sınaqdan sonra pasiyentlər rahat gəzməyə başlayıblar. Onların vəziyyəti xeyli yaxşılaşıb.

İndi alimlər ağciyər fibrozuna yoluxmuş 15 və xroniki böyrək xəstəliyindən əziyyət çəkən daha 20 pasiyentin iştirakı ilə sınağa hazırlaşır. Müalicə effektiv və təhlükəsiz təsir bağışlasa, gələcəkdə həyatına daha az təhlükə olan adamlar da sınaqda iştirak edəcək.

Son xəbərlər
Bütün xəbərlər »