Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov kartları açdı: "ABŞ Suriyada kvazi-dövlət yaratmaq istəyir"

ABŞ-ın məqsədi Suriyanı parçalamaq və Fərat çayının şərqində kürdlərin kvazi-dövlətini (Beynəlxalq münasibətlərin tam müstəqil olmayan xüsusi statuslu aktoru) yaratmaqdır.

Bizimyol.info Azvision.az-a istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Vaşinqton öz müttəfiqlərinə Suriyanın hökumətin nəzarətində olan azad edilmiş rayonlarının bərpasına vəsait ayırmalarını qadağan edir.

“Başqa sözlə desək, ABŞ da daxil olmaqla bütün beynəlxalq birliyin imza atdığı Suriyanın suverenliyi və ərazi bütövlüyünün bərpası tapşırığı əslində, Vaşinqton üçün sadəcə diqqət yayındırıcı manevr idi. Onların məqsədi – indi bu, daha da aydın görünür – Suriyanı parçalamaq və (Fəratın) şərq sahillərində kvazi-dövlət yaratmaqdır” – Rusiya XİN rəhbəri vurğulayıb.

Paylaş »
››› "2 milyona yaxın insan üçün kommunal qiymətlərin artması kompensasiya ediləcək"
››› İnsanlar həyatlarının son saniyələrində nə arzulayır...
››› ARB-nin canlı efirində gərgin anlar yaşanıb
››› Bill Qeytsin qızının toyu İslam adətləri ilə keçirilib
››› Evi yanan şəhid anası çöllərdə qalıb: “İcra başçısı başından edir”
››› İcra Hakimiyyətindən şəhid anasına hədə-qorxu: “Bir də şikayət etsə...”
››› Azərbaycan elminin yüksək nüfuzunu nümayiş etdirən hadisə
Son xəbərlər
Bütün xəbərlər »