Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni binalardan ev alanlara şad xəbər - Prezidentin fərmanı nəyi nəzərdə tutur

Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Fərman imzalayıb.

Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzalanıb.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli bizimyol.info-ya bildirib ki, hər il vətəndaşların tikinti şirkətindən şikayətləri artırdı:

Natiq Cəfərli

“Hökumət problemin qalmasının və artmasının sosial gərginliyin artmasına səbəb olduğunun fərqindədir. Ona görə də bu məsələ həll olunmalıyıdı. Bu fərmandan sonra payçıların mülkiyyət hüquqlarının pozulmasının qarşısı alınacaq. Tikintilər qəbul komissiyasına gecikmədən təhvil veriləcək. Yeni inşa edilən çoxmərtəbəli yaşayış binalarının sakinlərinə mülkiyyət sənədlərinin verilməsi sürətlənəcək. Nəticədə bir evin bir neçə nəfərə satılması hallarının qarşısı alınacaq. Eləcə də, kommunal xidmətlər göstərən dövlət qurumları ilə tikinti şirkətləri arasında problemlər həll olunacaq”,- iqtisadçı ekspert bildirib.

Qeyd edək ki, 2018-ci ildə vətəndaşlar 100-dən çox tikinti şirkəti barədə Prezident Administrasiyasına şikayətlər edilib.

Bunlardan “Hermes-S”, “Murad M.S.”, “İnteks”, “Grand Plaza”, “Elite City”, “N Turan”, “Pearl Construction”, “TFM Smart Project”, “Fədək”, “Sizin mənzil”, “NV Construction”, “Dönüş-1”, “MVVL Verus Praedium”, “Azadlıq Residence”, “Pilot-1″, “FVS İnşaat”, “Rahatlığın məkanı”, “Poleks”, “Park Bayil”, “İnşaat Konstruksiyaları”, “Draft Construction”, “Qlobal-SF”, “Malibo”, “Avrasiya Construction”, “İnkişaf-S”, “SKY Residence”, “Xəmsə-İnşaat”, “Buta Qroup”, “Cavid 2016”, “Rahat Həyat”, “Qismət-M Construction”, “Archico” MMC-lər, “Sabah Residence”, “Best Construction”, “Regal Residence”, “Orbita”, “Merkuri”, “Pilot İnşaat A”, “Yeni ev-19”, “Məkan”, “EDİF”, “Mahal”, “Teymuroğlu”, “Olympus Park”, “Bəhrə”, “İqtisadçı-2005” və digər MTK-lar barədə şikayətlər daha çox olub.

Eyni zamanda, vətəndaşlar “Belıy lebed”, “Rahatlığın məkanı”, “Burhan”, “Altes Park”, “AAAF” yaşayış komplekslərində idarəetmədə illərdən bəri mövcud olan problemlərin həll olunmadığından şikayət ediblər.

Ramid İbrahimov

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Makron Həzrəti Məhəmmədə qarşı sözlərini geri götürdü
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »