Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı Olimpiya Stadionunda bu vaxta kimi keçirilmiş toy mərasimlərinin sayı açıqlandı

Adətən böyük çempionatların keçirildiyi Bakı Olimpiya Stadionu (BOS) bir neçə il əvvəl burada toy mərasimlərinin keçiriləcəyi ilə bağlı məlumat yaymışdı. "Stadionda toy" ifadəsi nə qədər maraqlı səslənsə də, xeyli tənqid obyektinə çevrilmişdi.

Oxu.az 2016-cı ildə verilən həmin elandan sonra BOS-da nə qədər toy mərasiminin keçirildiyi ilə maraqlanıb. Stadionun PR və media üzrə direktoru Cəmilə Mehdiyeva açıqlamasında bildirib ki, elandan 3 il keçməsinə baxmayaraq BOS-da toy mərasimi təşkil edən olmayıb:

"Toy mərasimləri təşkil edilməyib, yalnız korporativ tədbirlər keçirilib". C.Mehdiyeva BOS-un özünü hansı pulla təmin etməsi ilə bağlı suala belə cavab verib:

"BOS-un bir neçə gəlir mənbəyi var. Bu, reklam xidmətləridir, BOS-un biznes strukturları var, icarədarları var, bəzi tədbirlər keçirilir. Ancaq bunu kommersiya sirri olduğu üçün tam açıqlaya bilmərik".

Qeyd edək ki, BOS-un 2016-cı ildə yaydığı məlumatda mart ayının 19-da burada ilk toy mərasimin təşkil olunacağı bildirilmişdi.

Paylaş »
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Putin Qarabağ haqqında danışdı
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› “Instagram”da boşluq tapdı, böyük mükafat qazandı - Foto
Son xəbərlər
Bütün xəbərlər »