Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sistemli Satış üçün CRM" mövzusunda təlim keçiriləcək
23 fevral tarixində Zahid Xəlilov 25 ünvanında yerləşən “Atmosphere Lounge” restoranında "Sistemli Satış üçün CRM" mövzusunda səhər yeməkli təlim keçiriləcək. Yeni qurulmuş biznesdə işin sistemləşdirilməsi əsas məqamlardan biridir. Biznesin ilkin vaxtlarında ənənəvi yollarla idarə olunan işin, sonradan böyüməsi, yeni məhsulların, yeni müştərilərin yaranması, rəqiblər arasında rəqabətin böyüməsi biznesin adət edilmiş metodlarla idarə edilməsini mümkünsüz edir. "Sistemli Satış üçün CRM" təlimində CRM alətlərin köməyi ilə satış sisteminin qurulması və balanslaşdırılmış motivasiya sisteminin yaradılması haqqında danışılacaq, satış sistemində yaranan nasazlıqların vaxtında aradan qaldırılması, satış sistemində təkmilləşdirmə yollarından söhbət açılacaq.

Bizimyol.info xəbər verir ki,Təlimi Motivasiya, Marketinq və Satış üzrə peşəkar İlham Əfəndiyev keçirəcək. Son 20 ilə yaxın müddətdə o, Azərbaycanın ən iri media, reklam, aviasiya, telekommunikasiya tikinti və istehsal şirkətlərində çalışıb. Azərbaycanın ən böyük şirkətlərin Satış, Marketinq və Müştəri Xidmətləri komandaları üçün 1000 saata yaxın təlim keçirib. Çalışdığı müddətdə 10 mln dollarlıq 100-dən artıq böyük və orta həcmli korporativ satış həyata keçirib. İlham Əfəndiyev Azərbaycan, Rusiya və Hollandiyanın aparıcı təhsil ocaqlarında təhsil almışdır.

Təlimdə sahibkarlar, idarəçilər, kommersiya direktorları, satış üzrə direktor və menecerlər, müştəri və satış şöbələrinin təmsilçiləri və müştərilərin idarə edilməsi və marketinq üzrə təhsil alıb, gələcək karyerasını bu istiqamətdə qurmaq istəyən gənclər üçün nəzərdə tutulub. Təlimdə satışın vəzifələri və məqsədi, Proseslərin idarə olunması sisteminin qurulmasına təsir edən faktorlar,

Satış prosesinin ölçülməsi və idarəolunması üçün istifadə olunan alətlər, satışların idarə olunması, satış şöbəsinin motivasiyasının qurulması prinsipləri və CRM vasitəsilə satışların idarəolunması mövzularına toxunulacaq.

Seminarda bir nəfərin iştirakı 20 AZN təşkil edir. Qeydiyyatdan linki: http://bit.ly/2N8QHfz. Daha ətraflı məlumatı (+994)70 661 3232 mobil nömrəsindən almaq mümkündür.

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »