Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tələbə təqaüdü və yataqxanası ilə bağlı ekspertlərdən nazirliyə təklif
Fevralın 14-də prezident tələbələrin təqaüdlərinin artırılması ilə bağlı fərman verib. Fərmana görə, 2019- cu ilin martın 1-dən təqaüdlər orta hesabla 20 faizə yaxın artacaq, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 16 000 vahid artırılacaq.

Beləliklə də bu fərmandan 600-ə yaxın doktorant və 110 mindən artıq tələbənin bəhrələcək və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına nisbəti hazırkı 31 faizdən 45 faizə çatdırılacaq. Bütün bunları təqdir edirəm. Eyni zamanda bəzi hesablamalarımı və təkliflərimi sizinlə bölüşmək istəyirəm.

İqtisadçı-ekspert Qubad İbadoğlu bildirib ki, hesablamalara görə, bu məqsədlə dövlət büdcəsindən 25 milyon manat vəsait ayrılacaq: “Əgər büdcə vəsaitləri düzgün bölüşdürülərsə, Azərbaycan mənasız beynəlxalq tədbirlərə ev sahibliyi etməzsə, eyni zamanda dövlət qurumların səmərəsiz istifadə etdiyi dövlət təminatlı xarici kreditlərə ödəniş öhdəliyi büdcənin üzərinə qoyulmazsa tələbələrin təqaüdlərini 20 faiz deyil, 50 faiz də artırmaq olardı. Çünki 20 faiz artım yetərli deyil. Belə ki, artımdan sonra ən yuxarı akademik göstəricilərə malik olan tələbələr 130 manat təqaüd alacaq. Bu o deməkdir ki, orta təqaüd 90 manatdan aşağı olacaq. Bu il üçün ölkədə yaşayış minimumun 180 manat təsdiq ediliyini nəzərə alsaq bu vəsait hətta mimum ehtiyacların yarısını belə ödəməyəcək”.

Ekspert bununla bağlı Təhsil Nazirliyinə və Nazirlər Kabinetinə təklif edib:

1)Minimum yaşayış səbəti yalnız ölkə üzrə deyil, rayonlar üzrə də hesablansın və tələbələrin təqaüdü minimum yaşayış səbətinə çatdırılsın və regionlar üzrə fərqləndirilsin. Nəzərə almaq lazımdır ki, Zaqatalada mənzil kirayəsi ilə Bakıda mənzl kirayəsi haqları və ərzaq qiymətləri eyni deyildir.

2) Tələbələrin təqaüdlə təminat səviyyəsi hazırkı 45 faizdən yaxın 3 il ərzində 75 faizə çatdırılsın. Hər dörd tələbədən üçünə təqaüd almaq şansı verilsin.

3) Tələbələrə yalnız dövlət büdcəsindən deyil, həmçinin Təhsil Nazirliyindən və Universitetlərin ödənişli təhsildən aldığı vəsaitlər hesabına yaradılan Fonddan adlı (rektor, prorektor, dekan) təqaüdləri verilsin.

4) Ayrı-ayrı dövlət orqanlarının xüsusi vəsaitləri hesabına onların dövlət siyasətini həyata keçirdiyi sahələr üzrə təqaüdlər ayrılsın. Məsələn, Mərkəzi Bank (bank ixtisasi üzrə təhsil alan tələbələrə), Maliyyə Nazirliyi (maliyyə ixtisasi üzrə təhsil alan tələbələrə), Kənd Təsərrüfatı Nazirliyi (aqrar ixtisas üzrə təhsil alan tələbələrə), Ədliyyə Nazirliyi (hüquq ixtisasi üzrə təhsil alan tələbələrə), Mədəniyyət Nazirliyi (mədəniyyət və incəsənət ixtisasi üzrə təhsil alan tələbələrə) və s. təqaüdlər təsis etsin. Bu prosesə özəl şirkətlər də qoşulsun.

5) Tələbələrin yaşayış xərclərini azaltmaq üçün onların yataqxana təminatı üçün dövlət büdcəsinin investisiya xərclərindən vəsait ayrılsın və tələbələr üçün Dərnəgül qəsəbəsində və Yasamalda ümumi yaşayış kompleksi tikilsin, həmin ərazidə məskunlaşan məcburi köçkünlər isə yeni yaşayış massivlərinə köçürülsün.

6) Doktorluq proqramda təhsil alan tələbələrə yerli akademik rəhbərlə yanaşı xarici akademik rəhbər götürmək hüququ verilsin, xarici akademik rəhbərin doktorantlarla işləməsi və doktorlntların xarici akademik rəhbərin təmsil etdiyi Universitetdə yay təcrübə (internship) proqramlarında iştirak üçün büdcədən Təhsil Nazirliyinə əlavə vəsait ayrılsın.

7) 2019-2020-ci təhsil ilində dünyanın ilk 100-də yer alan Universitetlərin bakalavr, magistr və doktorluq proqramlarına qəbul olunan bütün tələbələrin təhsil haqlarının ödənilməsi dövlət büdcəsindən həyata keçirilsin.

İqtisadçı-ekspert Qubad İbadoğlu təklifləri ilə bağlı təhsil eksperti Kamran Əsədov bizimyol.info-ya bildirib ki, 2010-cu ildən universitetlər özünü maliyələşdirməyə keçib: “Amma dövlət tələbə təqaüdlərini və 52 ali təhsil müəsisəsinin 60 min tələbəsinin təhsil haqlarını ödəyir. Yəni bura dövlət sifarişli ixtisaslar üzrə təhsil alanlar və sosial statusuna görə təhsil haqqından azad olunanlar daxildir.

Qubad İbadoğulu təklif edir ki, hər dörd tələbədən üçünə təqaüd almaq şansı verilsin. Qubad müəllimin nəzərinə çatdırım ki, bu gün təhsilimizdə standart, prezident təqaüdü, xüsusi təqaüd, və adlı təqaüdlər sistemi mövcuddur. Bunlardan başqa bəzi universitetlərin daxili təqaüd proqramaları da var. Yəni universitetə qəbul olma balına uyğun təqaüd, birdə tələbənin universitet həyatındakı fəaliyyətinə görə təqaüd. Yəni hər bir tələbənin hətta 100 faiz təhsil alanlar belə təqaüd almaq imkanı var. Amma çalışan, oxuyan tələbə ilə vaxt keçirən tələbəyə bərabər təqaüdün verilməsi ədalətli olmaz. Ona görə də, hər kəsə öz biliyinə, bacarığına uyğun təqaüd vermək, qiymətləndirmək lazımdır”.

K.Əsədov deyib ki, hazırda ölkədə SABAH təqaüdü – 50 manat, “Gələcəyin müəllimi” təqaüdü – 100 manat, Kənd təsərrüfatı tələbə təqaüdü – 100- 200 manat, AZERCELL tələbə təqaüdü – 200 manat, SOCAR tələbə təqaüdü – 100 manat və 20 universitetdə tanınmış şəxslərin adına adlı təqaüdlər var. Misal üçün Bakı Dövlət 22 ziyalının adına təqaüd verilir, Azərbaycan Universitetində “Şəhid Fəxrəddin Qurbanlı adına təqaüd” - 500 manat verilir, Odlar Yurdu Universitetində isə 9 adlı təqaüd sistemi mövcuddur.

Qubad müəllimin ən çox bəyəndiyim və vacib hesab etdiyim təklifi tələbələrin yaşayış xərclərini azaltmaq üçün onların yataqxana təminatı üçün dövlət büdcəsinin investisiya xərclərindən vəsait ayrılsın və tələbələr üçün Dərnəgül qəsəbəsində və Yasamalda ümumi yaşayış kompleksi tikilsin, həmin ərazidə məskunlaşan məcburi köçkünlər isə yeni yaşayış massivlərinə köçürülsün ideyasıdır. Bu olduqca vacib bir addım olardı. Düşünürəm ki, yataqxana məsələsinin həlli olduqca vacibdir.

Qubad müəllimin 2019-2020-ci təhsil ilində dünyanın ilk 100-də yer alan Universitetlərin bakalavr, magistr və doktorluq proqramlarına qəbul olunan bütün tələbələrin təhsil haqlarının ödənilməsi dövlət büdcəsindən həyata keçirilsin təklifi də uğurlu təklifdir. Bu ölkədə rəqabətədavamlı iqtisadiyaytın qurulması üçün olduqca vacibdir”.

Ramid İbrahimov

Paylaş »
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »