Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Cahangir Əsgərov aviabilet qiymətlərinə qarışmır”- “Azal”-dan açıqlama

“Nə üçün vətəndaşlarımız xarici səfər üçün Gürcüstan üzərindən uçuşlara üstünlük verirlər? Son zamanlarda bir neçə dəfə Bakıdan Wizz Air” aviaşirkəti ilə Budapeştə uçmuşam. Dünən qısa bir araşdırma aparmaqla nə qədər doğru olmayan bir seçim etməyimə təəssüflənirəm”

Bu fikirləri sosial şəbəkədə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib.

Osman Gündüz

O daha sonra qeyd edib ki, “Wizz Air” vasitəsilə Bakı – Budapeşt istiqamətində mart ayında olacaq uçuşun gediş və dönüş qiyməti ~540 euro, Kutaisi – Budapeşt istiqamətində uçuşun gediş və dönüş qiyməti ~150 eurodur. Bu qədər qiymət fərqinin səbəbi nədir. Cənab Prezident ötən dəfə iclasların birində də “Azal”-ı tənqid edərək qiymətlərin baha olduğunu dövlətin “Azal”-a bütün lazimi dəstəkləri verdiyini bildirmişdi. Gürcüstan əlavə aviaşirkətlər cəlb edərək bilet qiymətlərini ucuzlaşdıra bilir. Əksinə “Azal”-da isə qiymətlər daha bahadır. Göründüyü ki, “Azal”-ın bilet qiymətləri olduqca bahadır və vətandaşlar da bu qiymətlərdən narazıdır.

Qiymətlərin belə baha olması ilə bağlı bizimyol.info “Azal”-a müraciət edib. Qrumun mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bilet qiymətlərinin onlara aid olmadığını, qiymət siyasətinə qarışmadılarını bildirib.

“Adıçəkilən istiqamətə “Azal” deyil, “Wizz Air” aviaşirkəti tərəfindən uçuşlar edilir. Biz hər zaman aviaşirkətlərə təklif edirik burdan uçuşlar həyata keçirsin.Bu da qiymət artımının qarşısını alır. Hazırda bizdə 30-dan çox aviaşirkət uçuşlar həyata keçirir. Biz bunları mütamadi olaraq dəvət edirik, həm Bakıdan, həm də regionlardan uçuşlar həyata keçirsin. Cahangir müəllim dünən də qeyd edib ki, hər bir aviaşirkət istədiyi vaxt burdan uçuşlar həyata keçirə bilər.

Qiymət məsələsinə gəlincə “Azal” rəhbərliyi heç bir aviaşirkətin qiymətlərinə qarışmır. Təsəvvür edin ki, biz kimə deyə biləek ki, sən bu qiymətə üç və ya uçma. Bu aviaşirkət özləri özlərinə qiymət formalaşdırır.”

Əli CAHANGİROĞLU

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »