Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Usubova məhbusların əfvi ilə bağlı verilmiş siyahını dəstəkləyirəm”

“Dünən bir qrup hüquq müdafiəçisi daxili işlər naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Ramil Usubovla görüşüblər. Görüşdə bir qrup cinayət törətmiş şəxslərin əfv edilməsi ilə ilə bağlı siyahı təqdim edilib. Mən də bu müraciəti dəstəkləyirəm”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Deputat mart ayında əfv sərəncamının imzalanacağına ümid etdiyini bildirib. “Hüquq müdafiçiləri, həm də bir qrup beynəlxalq təşkilatların bu məsələdə təkliflərini nəzərə almalıyıq. Dövlət, şəxsiyyət əleyhinə ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər istisna olmaqla digər məhbusların mövcud cəzalarının böyük bir hissəsini kəsib əfv etmək olar. Cənab Prezidentdən xahiş edək ki, onları əfv etsin”.

Qeyd edək ki, dünən hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Səidə Qocamanlı Daxili işlər naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Ramil Usubovla görüşüblər. Bir qrup şəxsin əfv sərəncamı ilə azad edilməsi üçün nazirə müraciət ediblər.

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »