Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Canavarların kəndlərə hücumu ilə bağlı nazirlikdən açıqlama

Canavarların kəndlərə hücumu ilə bağlı İşçi Qrup yaradılıb

Xəbər verdiyimiz kimi bu gün Goranboy rayonunun Boluslu və Eyvazlılar kəndlərinə canavarların hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat əsasında İşçi Qrup yaradılıb. Yayılan məlumata görə, nazirliyin və “Azərovçu” İctimai Birliyinin əməkdaşlarından ibarət İşçi Qrupu vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədilə sözügedən ərazini nəzarətə götürərək vəhşi heyvanların sayının tənzimlənməsi ilə bağlı tədbirlər görəcək. Lakin nazirliyin yaydığı bu məlumat heç də birmənalı qarşılanmayıb.

Belə ki, sosial mediada yayılan xəbərlərin ardından meşə heyvanlarının vurulması və qanunsuz məhvedilməsi ilə bağlı müzakirələr də başlayıb. Məsələyə aydınlıq gətirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İradə İbrahimova Bizimyol.info -ya açıqlamasında bildirib ki, vəhşi heyvanlar ilkin olaraq ürküdücü vasitələrlə ərazidən uzaqlaşdırılır. Əgər bu hal təkrarlanarsa o zaman zəruri hal kimi həmin vəhşi heyvanlar vurula bilər, hətta bunu vətəndaşların özləri də edə bilərlər:

İradə İbrahimova

"Təbirlrə görülür deyəndə ilk növbədə vətəndaşlarının təhlükəsizliyinin təmin olunması və kənd təsərrüfatı heyvanlarına zərər vurulmasının qarşısının alınması məqsədilə reydlər keçirilir və hürküdücü vasitələrdən istifadə edilməklə vəhşi heyvanlar həmin ərazilərdən uzaqlaşdırılır. Yox, əgər bu müntəzəm olaraq davam edirsə, həmin vəhşi heyvanlar kəndlərə ardıcıl hücumlar edirsə o zaman həmin heyvanlar son zəruri təbdir kimi vurula bilər. Özünü müdafiə tədbiri kimi bunu adi insanlar da edə bilər, o zaman həmin şəxslərə qanun pozuntusu halı şamil edilmir".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »