Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda “təhlükəsiz internet” mexanizmi yaradılır
Parlamentin fevralın 19-da keçirilən növbəti plenar iclasında “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Oxu.Az xəbər verir ki, qanun layihəsi barədə parlamentin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev məlumat verib.

Onun sözlərinə görə, dəyişikliklərdə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanları 18 yaşınadək şəxslərin mənəvi-əxlaqi tərbiyəsini, onların fiziki və psixi sağlamlığına təhlükə yaradan zərərli informasiyalardan qorunmasını təmin etmək üçün “təhlükəsiz internet” mexanizminin yaradılmasını təmin edəcəklər.

O deyib ki, bundan əlavə, ölkədə 18 yaşınadək şəxslərin idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.

Dəyişikliklər ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Paylaş »
››› "2 milyona yaxın insan üçün kommunal qiymətlərin artması kompensasiya ediləcək"
››› İnsanlar həyatlarının son saniyələrində nə arzulayır...
››› ARB-nin canlı efirində gərgin anlar yaşanıb
››› Bill Qeytsin qızının toyu İslam adətləri ilə keçirilib
››› Evi yanan şəhid anası çöllərdə qalıb: “İcra başçısı başından edir”
››› İcra Hakimiyyətindən şəhid anasına hədə-qorxu: “Bir də şikayət etsə...”
››› Azərbaycan elminin yüksək nüfuzunu nümayiş etdirən hadisə
Son xəbərlər
Bütün xəbərlər »