Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fazil Mustafa: “Ölkədə inhisarçılıq hələ də yüksək səviyyədədir”

“Bir neçə gün əvvəl “talkuçka” deyilən ticarət mərkəzlərində oldum. Orada alver edən ticarətçilərə yazığım gəldi. Orada heç bir alver yoxdur. Onlar orada ziyana işləyirlər. Bu da onunla bağlıdır ki, əhalinin əlində nəğd pul kütləsi yoxdur və ölkədə inhisarçılıq hələ də yüksək səviyyədədir”.

Bizimyol.info xəbər verir ki, bunu parlamentdə çıxışında deputat Fazil Mustafa deyib. O bildirib ki, “Rəqabət məcəlləsi” üçüncü oxunuşda Milli Məclisə göndərilsə də, hələ də müzakirə olunmayıb. Feputat tezliklə rəqabət məcəlləsinin qəbul edilməsinin vacob olduğunu deyib: “Ölkədə təbii inhisarları çıxmaq şərti ilə yerdə qalan inhisarlar aradan qaldırılmalıdır”.

Fazil Mustafa turizm sektorundakı problemlərdən də danışıb:

“Azərbaycanda özəl sektora o qədər maneələr yaradılıb ki, hətta turizm obyektləri də dövlət vəsaiti hesabına tikilir. Halbuki, Gürcüstanda bu işləri özəl sektorun təmsilçiləri həyata keçirirlər. Xarici investorlar da ora pul qoyurlar. Ona görə ki Gürcüstanda məhkəmə və hüquq mühfizə orqanlarında aparılan islahatlar nəticəsində bu orqanlar özəl sektora, biznesə müdaxilə edə bilmirlər. Azərbaycanda da belə bir mühit yaradılmalıdır. Nəhayət özəl sektorun sözün əsl mənasında tam inkişaf etməsi üçün gərəkən addımlar atılmalıdır”.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »