Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəxtəvərlər klubu: Əvvəl qardaşı, sonra rəfiqəsi, ardınca özü cekpot uddu

ABŞ-da bir ailədə ardıcıl ikinci adam lotereyada uduş əldə edib. Montana ştatının Qreyt-Fols şəhərində yaşayan qadın 9262 dollar qazanıb.

Bizimyol.info xəbər verir ki, Codi Henderşot yaxınlarının bir-birinin ardınca uğur qazanmasından həvəslənərək, lotereya bileti alıb. Bir müddət əvvəl onun qardaşı 19 min dollar qazanmışdı. Codinin rəfiqəsi isə lap böyük uduş əldə etmişdi. Ona hər il 25 min dollar ödəyirlər.

Codi pulları artıq xərcləməyə də imkan tapıb. O, vəsaiti Sevgililər Günündə geninə-boluna xərcləyib. Bundan başqa, cekpot Henderşotun bir çox məsrəflərinə də yarayıb.

Keçən həftə Montana ştatının başqa sakini lotereyada 17 min dollar udmuşdu. O, 30 ildir bu günü gözlədiyini demişdi.

Son xəbərlər
Bütün xəbərlər »