Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət himninin oxunması ilə bağlı yeni qaydalar qüvvəyə mindi
Himn ayaq üstdə farağat formada dinlənilməlidir.

Milli Məclisdə “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsi müzakirə olunub. Bizimyol.info xəbər verir ki, bu qanun dövlət himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edir.

Qanun layihəsinə dəyişikliklər barəəd məlumat verən parlamentin Hüquq siyasəti. Dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanun layihəsinin 6-cı (Dövlət himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər) maddəsinə əsasən, dövlət himni orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsullarla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitələrindən istifadə etməklə bütün hallarda tam ifa edilir.

Əli Hüseynli

Komitə sədri deyib ki, Dövlət Himni ayaq üstdə farağat oxunmalıdır. “Azərbaycan vətəndaşları ayaq üstdə farağat oxumalıdırlar. Azərbaycan vətəndaşları isə ayaq üstdə farağat dinləməlidir”.

Ə. Hüseynli bildirib ki, müzakirələr zamanı Himn oxunarkən əlimizi ürəyimizin, sinəmizin üstünə qoyulması təklif olunundu və bununla bağlı beynəlxalq təcrübə öyrənildi. “Biz belə bir praktikaya rast gəlmədik. Bu sadəcə, bir ənənədir”,- komitə sədri deyib. Deputatlar qanuna səs verərək qəbul etdilər.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Dinc əhalimizi atəşə tutan düşmən bölmələrinin başına od yağdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
Son xəbərlər
Bütün xəbərlər »