Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Einstein’in məşhur fotosunun tarixçəsi - FOTO
Bu məşhur fotoşəklə mütləq daha əvvəllər də rast gəlmisiniz. Az qala çənəsinə qədər uzanmış diliylə bu böyük alimin məşhur şəkliylə bağlı saysız-hesabsız hekayələr uydurulmuşdur. Bəs yaxşı, Albert Einstein’in bu məşhur fotosunun həqiqi hekayəsi nədir? Great News Photos and the Stories Behind Them (“Məşhur şəkillər və onların arxasındakı həqiqətlər”) kitabının müəllifi John Saber bu şəklin hansı şərtlərdə çəkildiyini bizim üçün aydınlatmış oldu.

Einstein 72 yaşını qeyd etdiyi doğum günü şərəfinə verilən ziyafətdə dostları və elm dünyasından olan digər insanlarla birlikdə 14 mart, 1951-ci ildə Princeton Club’da görüşür. Olduqca çox insanın qatıldığı ziyafətdə həm də çox sayda fotoqraf var idi. Gecənin sonunda alim çox yorulur. Lakin yenə də səbrlə fotoqraflara şəkil çəkmələri üçün imkan yaradır. Nəhayət ki, dostlarından biri onu evinə aparmağı təklif edir və onlar binadan çıxırlar. Lakin, professor maşına mindikdə, fotoqraf Art Sasse son bir foto çəkə bilmək üçün cəld onlara yaxınlaşır. Sasse bu istəyini mədəni şəkildə Einstein’ə bildirir. Daha sonra olanları Sasse’nin öz cümlələriylə ifadə edsək: ‘Einstein arxasını çevirdi və dilini bayıra çıxardı. Mən də onun fotosunu çəkdim.’’

Fotoşəklin tam versiyası, fotoqraf: Art Sasse

Qeyd edək ki, foto nəşr edildikdən sonra Einstein ondan 9 nüsxə sifariş etmişdi. Görünür alim özü də bu fotosunu bütün dünya kimi çox sevmişdi.

pahoo.az

Son xəbərlər
25 aprel, 2024 [21:50]
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 aprel, 2024 [20:59]
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
25 aprel, 2024 [20:29]
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
25 aprel, 2024 [19:54]
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
25 aprel, 2024 [19:08]
Aprelin bütün sosial ödənişləri yekunlaşıb
25 aprel, 2024 [18:37]
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
25 aprel, 2024 [18:18]
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
25 aprel, 2024 [18:11]
Azərbaycan-Macarıstan biznes forumu keçirilib
25 aprel, 2024 [18:08]
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir
25 aprel, 2024 [18:04]
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
25 aprel, 2024 [18:01]
Malıbəylidə kütləvi məzarlıq aşkar edilib
25 aprel, 2024 [17:56]
İranda həftə sonu istirahət günlərinin artırılması müzakirə edilir
Bütün xəbərlər »