Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya alimləri: Əcdadlarımız bir-birini yeyirmiş

Müasir insanı ulu babaları ilə bağlı hər şey maraqlandırır. Əcdadlarımızın həyat tərzinin tədqiqi üçün milyonlar xərcləyirik.

Bizimyol.info xəbər verir ki, alimlər neandertalların qida rasionu ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb. Bu haqda “PNAS” jurnalında məqalə dərc edilib. Yazıda dişlərin analizinin neandertalların daha çox ətlə qidalandığını göstərib. Əcdadlarımız iri heyvanları çox ovlayırmış. Şimal maralı süfrənin ən dadlı təamı sayılırmış.

Almaniyanın Leyptsiq şəhərindəki təkamül institutunun antropoloqu Jan-Jak Ublin neandertalların balıq yeməyə çox meylli olmadığını söyləyir. Homosapiensdən əvvəlki məxluqlar göbələyi də bir o qədər sevməzmiş. Belə fikir formalaşmışdı ki, neandertallar daha çox mamont əti ilə qidalanır. İndiki araşdırma bu məsələni də təkzib edir. Hərçənd, mamontlar iri heyvan sayılırdı. Sadəcə, onlar daha çətin ovlanan heyvanları ələ keçirməyə meylli imiş.

Dişlərin analizi çox şeyə işıq salır. Azot, karbon qalıqları göstərir ki, neandertallar bitki qidalarından uzaq qaçırmış. Daha dəqiqi bitkiləri qida predmeti kimi qəbul etmirmiş.

Analizlər dəhşətli faktları da ortaya qoyub. Əcdadlarımız həm də bir-birini yeyirmiş. Qədim kəsici alətlərdə və neandertal qalıqlarındakı izlər kannibalizm elementlərindən xəbər verir.

Ublin və alim dostları Fransanın Puatye şəhərindəki yaşı 50 min ilə yaxın olan Le-Kott mağarasında qalıqları çox dəqiq araşdırıblar. Həmin yerdə yaşayan neandertalların dişlərində ağır azotun miqdarı həddən çoxdur. Bu onu göstərir ki, qədim insanlar çoxlu ət yeyirmiş. Mağaradakı neandertallar şimal maralından başqa, ayılara, bizonlara, atlara üstünlük verirmiş.

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Milli Məclis polisi döyən deputata görə növbədənkənar toplanır
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Prezidentin tapşırığına əsasən Azərbaycan Türkiyəyə yardım göndərib
Son xəbərlər
Bütün xəbərlər »