Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir məmur iki qurumun aparat rəhbəri vəzifəsini icra edir - Fotolar

Bu ilin fevralın 4-də Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri vəzifəsinə təyin olunan Zəkiyyə Mustafayevanın adı Səhiyyə Nazirliyinin Aparat rəhbəri vəzifəsini də icra etdiyi göstərilir.

Bizimyol.info xəbər verir ki, hazırda London Universitetinin Gigiyena və Tropik Təbabət üzrə London Məktəbinin magistrantı olan Z.Mustafayeva 2010-2018-ci illərdə Səhiyyə Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışıb.

Z.Mustafayevanın yeni təyinatından 15 gün keçsə də, onun adı hələ də Səhiyyə Nazirliyinin rəsmi saytında Aparat rəhbəri vəzifəsində göstərilir. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən açıqlama verilməyib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »