Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Marsa insan ayağının dəyəcəyi tarix açıqlandı - NASA rəhbərindən açıqlama

Bu ilin iyulunda insanın Aya ayaq basmasının 50-ci ili tamam olur. 1969-cu ildə Nil Armstronqla Edvin Oldrin Yer planetinin peykinə gedə bilmişdi. İnsan övladı bu illər ərzində yeni hədəflər haqqında düşünsə də, hələ ki, istəyinə çatmayıb.

Bizimyol.info xəbər verir ki, NASA Marsa da astronavt göndərməyi planlaşdırır. Kosmik agentliyin rəhbəri Cim Braydenstaynın dediyinə görə, təxminən 15-16 il sonra bu planetin torpağına insan ayağı dəyəcək. 2030-cu illərin ortalarına qədər NASA lazımi missiyanı tam hazırlayacaq. Missiya əvvəlcə Aya yola düşəcək. Hər şey uğurlu olsa, növbəti dayanacaq Marsdır.

Cim Braydenstayn / Foto: Corey Lack Pictures

NASA hələ 2004-cü ildə Marsa pilotsuz rover göndərmişdi. “Opportunity” adlanan kosmik cihaz keçən ilin iyununa qədər Yerə siqnal göndəriridi. Amma sonradan rover “yuxu rejimi”nı keçdi.

“Opportunity” hələ də Marsdadır. Kosmik cihazı uzaqdan çəkilən yüksək keyfiyyətli HİRİSE fotolarında görmək mümkündür.

Son xəbərlər
Bütün xəbərlər »