Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hava şəraiti ilə əlaqədar olaraq magistral yollarda son vəziyyət

Paytaxt Bakıda, eləcə də bölgələrdə hava şəraiti kəskinləşib.

Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar olaraq Bizimyol.info magistral yollardakı vəziyyətlə maraqlanıb. Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, tanınmış aparıcı Anar Nəcəfli məlumat verib və bu ana olan vəziyyəti açıqlayıb.

19 fevral 2019-cu il saat 10:00-a olan məlumatı oxucularımıza təqdim edirik:

1. Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən-Şabran hissəsində yağış, Quba və Qusar rayonları ərazisindən keçən hissəsinə qar yağır. Havanın temperaturu müsbət olduğundan yolda qar yoxdur, hərəkət təmin olunub. Quba rayonunun Xınalıq, Qusar rayonunun Şahdağ ərazisində yollarda 5-10 sm qar var, lazımi tədbirlər görülür və nəqliyyatın hərəkəti təmin olunur.

2. Giləzi - Xızı - Qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.

3. Bakı - Qobustan - Qar yağır, 1-2 dərəcə şaxta var. Yolun Cəngi-Qobustan hissəsinə 7-10 sm qar yağmışdır. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.

4. Qobustan - Şamaxı - Muğanlı - Güclü qar yağır, 1-2 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır, eyni zamanda qum-duz səpilir. Hərəkət təmin olunub.

5. Muğanlı - Ağsu - Yevlax avtomobil yolunun Muğanlı-Ağsu hissəsinə qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.

6. Bakı - Ələt - Hacıqabul - Sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

7. Hacıqabul – Ucar – Yevlax -Yolun Hacıqabul-Ucar hissəsinə sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

8. Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

9. Muğanlı – İsmayıllı Qar yağır, şaxta yoxdur. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

10. İsmayıllı – Oğuz – Qəbələ - Şəki - Qar yağır, yolun İsmayıllı-Qəbələ hissəsində yolda 7sm qar yağmışdır. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır. Yolun Oğuz-Şəki hissəsində sulu qar yağır.

11 Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur, yağış və sulu qar yağır. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.

12 Yevlax – Şəki (Göybulaq) - Şəki rayonu ərazisində yağış yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır.

13 Gəncə-Daşkəsən - Xoşbulaq - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

14 Şəmkir - Gədəbəy - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

15 Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

16 Masallı – Yardımlı Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

17 Lənkəran – Lerik - Yağıntı yoxdur, hava dumanlıdır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

18 Hacıqabul – Bəhramtəpə – Horadiz - Yolun Hacıqabul-Sabirabad-Saatlı hissəsində hissələrlə sulu qar və yağış yağır. Yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Son xəbərlər
Bütün xəbərlər »