Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
3 uşağı vardı, 7-sini də bir dəfəyə dünyaya gətirdi - Fotolar

İraq sakini bir dəfəyə 7 uşaq dünyaya gətirib. “Daily Mail”in bu barədə yaydığı məlumata görə, uşaqların hamısı sağlamdır.

Bizimyol.info xəbər verir ki, 25 yaşlı ananın dünyaya gətirdiyi uşaqların altısı qız, biri isə oğlan olub. Körpələrin atası Yusif Fədl deyir ki, onların üç övladı vardı, ona görə yeni uşaq dünyaya gətirməyi planlaşdırmırdılar. Həyat yoldaşının hamiləliyi onlar üçün gözlənilməz olub.

Həkimlərin sözlərinə görə, çoxuşaqlı ananın vəziyyəti stabildir, mütəxəssislərin nəzarəti altındadır.

3 uşağı vardı, 7-sini də bir dəfəyə dünyaya gətirdi

Dünyada birdəfəyə 7 uşağın doğulması 1997-ci ildə Amerikanın Ayova ştatında, Kenni və Bobbi Makkogilərin ailəsində qeydə alınıb. Cütlük hamiləlik vaxtı bundan xəbər tutub. Valideynlərə uşaqlar ana bətnində olarkən onların sayının azaldılması təklif olunsa da, imtina ediblər. Deyiblər ki, uzun müddət sonsuzluqla mübarizə aparıblar: “Hər şey Allahın əlindədir”.

3 uşağı vardı, 7-sini də bir dəfəyə dünyaya gətirdi

2015-ci ilin mayında Berlində 65 yaşlı Anneqret Rauniq birdəfəyə dörd uşaq dünyaya gətirmişdi – üç oğlan, bir qız. Bununla da xanım Rauniqin 13 övladı olmuşdu. O, birdəfəyə dörd uşaq dünyaya gətirmiş ən yaşlı ana oldu.

Son xəbərlər
Bütün xəbərlər »