Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda sərnişinlər yarım saat yolda qaldı: 6 və 13 nömrəli avtobuslar "yoxa çıxıb" - Foto
Bu gün səhər saatlarında qarlı-şaxtalı hava şəraiti ilə bağlı Bakıda ictimai nəqliyyatda da bəzi problemləri ortaya çıxarıb.

Bizimyol.info xəbər verir ki, 6 və 13 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların intervalında gecikmələr olub. Bu da sərnişinlərin etirazına səbəb olub. Təxminən yarım saatdan sonra həmin marşrut üzrə hərəkət edən avtobuslar bir-birinin arxasınca gələrək dayanacaqda dayanıblar.

Qarlı hava şəraitində avtobusların xətdən kənarlaşması halları baş verib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bizimyol.info-ya bildirib ki, intervaldakı gecikmələr səhər saatlarında müşahidə edilən sıxlıqla bağlı olub.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »