Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yapon yazıçı Haruki Murakami’dən həyat dəyişdirən fikirlər
Müasir yapon yazıçısı və tərcüməçisi Haruki Murakami əsərləriylə bütün dünyaya səs salmış, hər kəsin diqqətini cəlb etməyi bacarmışdır. Biz də bu məşhur yazıçının bir-birindən düşündürücü şəxsi və əsərlərində yer almış obrazlarına xas fikirlərini sizinlə paylaşmaq qərarına gəldik.

– Qismət bəzən istiqamətləri dəyişdirən qum fırtınası kimidir. Sən istiqamətini dəyişirsən, lakin qum fırtınası da arxanca gəlir. Yenidən dəyişirsən, amma fırtına səni yenə tapır. Təkrar-təkrar bunu edirsən. Niyə? Çünki fırtına uzaq yerdən sənə doğru əsən bir şey deyil. Fırtına sənsən. Sənin içində olan bir şeydir. Buna görə də etməli olduğun tək şey özünü təslim etmək, fırtınanın tam içinə girməkdir. Qum girməməsi üçün gözlərini yummalı, qulaqlarını bağlamalısan. Addım-addım içəri doğru irəliləməlisən. Orada günəş, ay, istiqamət, zaman yoxdur. Bəyaz qum dənəcikləri kiçik ağ sümüklər kimi göy üzünə yüksəlir – məhz bunu xəyalına gətirməlisən. Sən həqiqətən bu şiddətli, metafizik, simvolik fırtınanın içinə doğru getmək məcburiyyətində qalacaqsan. Nə qədər metafizik və simvolik yer olduğunun əhəmiyyəti yoxdur, buna aldanma, yenə də minlərlə bıçaq kimi ətini parçalayacaq.

İnsanlar orada qan axıdır, sən də axıdacaqsan. İsti, qırmızı qan. Bu qanı ovuclarına götürəcəksən – həm öz, həm də başqaların qanını. Fırtına keçib getdiyində bunu necə etdiyini xatırlamayacasan, həyatda qalmağı necə bacardığını da. Əmin olmayacaqsan əslində, fırtına həqiqətən keçməmiş olsa da. Amma bir şey mütləq baş verəcək. Fırtınadan çıxdığında fırtınaya girərkən olduğun insan olmayacaqsan. Fırtınanın da mahiyyəti məhz budur.

– Məncə məni hələ də sevirsən, lakin sənin üçün yetərsiz olduğum həqiqətindən qaça bilmirik. Bunun baş verəcəyini bilirdim. Buna görə də səni başqasını sevdiyin üçün günahlandırmıram. Hirsli də deyiləm. Əslində olmalıydım, amma deyiləm. Sadəcə əzab hiss edirəm. Çox böyük əzab hiss edirəm. Bunun nə qədər əzab verəcəyini əvvəlcədən bilirdim, amma sən demə onda da yanılmışam.

– Məntiq oyunları, öyünmələr, hesablar, ideologiyalar, nəzəriyyələr – bütün bunlar həqiqəti gözləriylə müşahidə etməyi bilməyənlər üçündür. Halbuki, bir az yaxşı niyyət olsa, bunu bacarmaq mümkündür. Ən bəsit şeyləri düşünməklə başlamaq lazımdır. Bir küçənin küncündə günlərlə dayanıb, gəlib-keçəni seyr etməlisiniz. Cəld qərar verməyinizin lazım olduğu günlər də ola bilər. Amma ilk əvvəl səbrli dayanmağı bacarmaq lazımdır.

– Kim axı ən yaxşının nə olduğunu deyə bilər? Buna görə qarşımıza çıxan xoşbəxtlikləri tutub saxlamalıyıq və digər insanlar üçün narahatlıq keçirməməliyik. Təcrübələrim mənə belə fürsətlərin insanın qarşısına ömürdə iki və ya üç dəfədən artıq çıxmadığını deyir. Əgər bu fürsətlərin əldən çıxmasına yol versək, onları qalan həyatımız üçün də rədd etmiş olarıq.

– Həyatın bir biskvit qutusuna bənzədiyini düşün. Qutunun içində hər cür biskvit var -sevdiklərin də, sevmədiklərin də. İnsan əvvəlcə sevdiklərini yesə, qutuda ancaq sevmədikləri qalacaq. Mən pis günlər keçirəndə də həmişə belə düşünürəm. Öz-özümə deyirəm ki, indi bunu keçirsəm, sonrası daha rahat olacaq. İnanın mənə, həyat da bir biskvit qutusu kimidir.

pahoo.az

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »