Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerikada hökumət Trampı məhkəməyə verir: “Həddini aşır...”

Amerikada hüquq-müdafiə təşkilatları, Kaliforniya ştatının qubernatoru və Konqresin aşağı palatasının spikeri Donald Trampı məhkəməyə vermək niyyətindədir. Onlar hesab edir ki, Tramp Meksika ilə sərhəddə divar tikintisi üçün ölkədə fövqəladə vəziyyət elan etməklə səlahiyyət həddini aşıb.

Bizimyol.info xəbər verir ki, Tramp da məsələyə münasibət bildirib. Deyib ki, məhkəmə iddiasına hazırdır, ümid edir ki, ABŞ-ın Ali Məhkəməsi bu məsələdə ona dəstək verəcək.

Ekspertlər hesab edir ki, sərhəddə divar tikintisilə əlaqədar Trampla rəqibləri arasında mübarizə prezident seçkisi öncəsi daha da qızışacaq.

Amerikanın bir sıra ictimai təşkilatları və fəallar da Trampın divar çəkmək planlarına qarşı məhkəmə müstəvisində mübarizə aparmaq niyyətindədir.

Fevralın 15-də Amerika prezidenti ölkədə fövqəladə rejimin tətbiqinə dair sənədi imzalayıb. Bu sənəd Ağ evə Konqresin razılığı olmadan sərhəddə divar çəkilməsi layihəsinə vəsait ayırmağa imkan verir.

Tramp layihə büdcəsini parlamentlə razılaşdırmağa çalışsa da, cəhdləri nəticə vermədi. Uğursuz cəhdlərdən sonra o, buna qərar verdi. Bildirdi ki, Konqresin nümayəndələr palatasına nəzarət edən Demokratlar partiyasının üzvlərilə divar tikintisinin maliyyələşdirilməsi barədə müzakirələr boş vaxt itkisidir.

Hüquq müdafiəçiləri və Trampın Demokrat rəqibləri deyir ki, Ağ evlə Konqress arasında fikir ayrılığı ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqinə əsas ola bilməz. Prezident bu addımı atmaqla federal qanunvericilikdə nəzərdə tutulan səlahiyyət həddini aşıb.

Məhkəmə iddiaları ilə yanaşı, liberal aktivistlər ölkədə müxtəlif formalarda etiraz aksiyaları da keçirməyi planlaşdırır. Aksiyaların əsas təşkilatçısı isə milyarder Corc Sorosun maliyyələşdirdiyi “MoveOn” qrupudur.

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Ali Baş Komandan: “Azərbaycanın qarşısında heç kim dura bilməz”
››› Qubadlı şəhəri işğaldan azad olundu!
Son xəbərlər
Bütün xəbərlər »