Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Güclü külək Mingəçevirdə fəsadlar törətdi

Mingəçevir şəhərində əsən güclü külək bir sıra fəsadlar törədib.

Bizimyol.info Report-a istinadən xəbər verir ki, günorta saatlarından güclənən külək nəticəsində şəhərin Nəriman Nərimanov, Aydın Məmmədov, Təbriz və digər küçələrində ağaclar tam və ya qismən qırılaraq küçə və səkilərə düşüb.

Nəticədə "Mercedes” və "VAZ-2107” markalı iki maşın qırılan ağacların altında qalaraq əzilib.

Küləyin gücləndiyi andan etibarən şəhərin Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin briqadaları fəsadların aradan qaldırılmasına başlayıblar.

Təbiət hadisəsi nəticəsində şəhərin bir sıra yerlərinə elektrik enerjisinin verilməsində uzunmüddətli fasilələr yaranıb.

Həmçinin bir sıra ərazilərdə yanğın hadisələri qeydə alınıb. Yanğınların qarşısı FHN-in yanğınsöndürənləri tərəfindən alınıb.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
Son xəbərlər
Bütün xəbərlər »