Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
​​​​​​​Yatmazdan əvvəl bal yeməyin faydaları

Balın soyuqdəyməyə, dəriyə, ümumiyyətlə, bütün orqanizmə nə qədər faydalı qida olduğunu bilirik.

Xüsusən də səhər acqarına bir qaşıq bal yemək immuniteti artırmaq baxımından əvəzsiz təbii vasitə sayılır. Bəs gecə yatmazdan əvvəl bal yesək, sağlamlığımızda nə kimi dəyişikliklər ola bilər? E-tibb.az bu dəfə sizə məhz bundan bəhs edəcək.

1. Rahat gecə yuxusuna səbəb olur

Bəzən gecə yarısı oyanırıq. Bunun səbəbi yuxu zamanı beyinin qlikogen adlı maddəyə ehtiyac duyması və böyrəklərdəki adrenal vəzilərinin yatmağa mane olacaq qədər adrenalin və kortizol ifraz etməsidir. Balın tərkibində qlikogen olduğu üçün yatmazdan əvvəl bir qaşıq yemək adrenalin sintezinin qarşısını almağa və rahat yatmağa səbəb olur.

2. Təzyiqi salmağa kömək edir

Yüksək təzyiq ürək xəstəlikləri riskini artıran əsas faktorlardan biridir. O baxımdan təzyiqi stabil saxlamaq olduqca vacibdir. Balın tərkibində təzyiqi azaldan antioksidantlar olduğundan gecə yatmazdan qabaq bir qaşıq yemək qan təzyiqini normaya salacaq.

3. Triqliseridlərin miqdarını azaldır

Triqliseridlər qanda olan yağ növüdür. Bu yağların qanda yüksək səviyyədə olması ürək xəstəlikləri və diabet riski yaradır. Bal isə bədəndəki triqliserid səviyyəsini azaltmağa və qanı zərərli yağlardan təmizləməyə kömək edir.

4. İmmuniteti artırır

Bal immunitet sisteminii gücləndirməyə kömək edən antioksidantlar və antebakterial maddələrlə zəngindir. Odur ki, hər gecə yatmazdan əvvəl bal yeyin.

5. Bədəndəki yağları yandırır

Bal yemək vücudunuza termogen təsir yaradaraq, metabolizmanı sürətləndirir. Bu da bədən temperaturunu artıraraq, çox səy göstərmədən yağları yandırmağa səbəb olur.

6. Öskürək və boğaz qıcıqlanmasının qarşısını alır

Bal iltihab əleyhinə təbii vasitədir. Hər gecə bir stəkan ilıq suya bir xörək qaşığı bal qatıb içsəniz, boğaz ağrısı və öskürəkdən yaxa qurtara bilərsiniz.

7. Psixoloji xəstəliklərdən qoruyur

Balın tərkibində beyin hüceyrələrindəki oksidatif stressin qarşısını alaraq, depressiya ilə mübarizə aparmağa kömək edən polifenol var. Psixoloji sağlamlığınızı qorumaq istəyirsinizsə, hər gecə yatmazdan əvvəl bir qaşıq bal yeyin.

Son xəbərlər
Bütün xəbərlər »