Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən ağır adamı 6 ayda 142 kilo arıqladı - Foto

Dünyanın ən ağır adamı olan çinli Van Xaonan altı ay ərzində 200 kiloqrama yaxın arıqlayıb. Çəki itirəndən sonra onun boyu bir neçə santimetr uzanıb, ayağının ölçüsü isə, əksinə, kiçilib.

Bizimyol.info xəbər verir ki, əvvəl 334 kiloqramla dünyanın ən ağır adamı olan Van Xaonan yarım ildə 142 kiloqram çəki itirib. O, mədə kiçiltmə əməliyyatı, yemək rejiminə nəzarət və idman sayəsində bu nəticəyə nail olub.

Şandun vilayətindən olan Vanın vəziyyəti keçən il lap pisləşib. O, heç vaxt olmadığı çəkiyə çatıb. Ən kök adamlar üçün pulsuz müalicə kampaniyasına düşən 19 yaşlı Xaonanı xəstəxanada böhrandan xilas ediblər.

Van Xaonan

Onu əməliyyat edən həkim deyir ki, yemək həzmində heç bir problem olmayacaq. Sadəcə, az və asta-asta yemək lazımdır. Vanın son vaxtlar böyrəkləri, ciyərləri və ürəyi ağrıyırmış.

Van Xaonan əvvəl və sonra

İndi yeniyetmənin 192 kiloqram çəkisi var. O, çəkisini 100 kiloqrama qədər azaltmaq istəyir.

Son xəbərlər
Bütün xəbərlər »