Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis zabiti məşhur reperin öldürülməsinə göstəriş verib

Nyu-Yorkda Bruklinin polis zabiti Emanuel Qonzales “50 Cent” (fifti sent) kimi tanınan hip-hop ifaçısı Kertis Ceksonun güllələnməsinə göstəriş verib. Bu barədə “The New York Daily News” məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, Qonzales reperin Bronksda boks döyüşünə baxmağa gələcəyini öyrənəndə öz işçilərinə göstəriş verib ki, musuqiçini gösrsələr, ona atəş açsınlar. Bu barədə xəbər yayılandan sonra Qonzales deyib ki, Ceksona hucum etmək niyyəti olmayıb, söylədikləri də sadəcə, zarafat olub. Bununla belə, polis zabitinin barəsində araşdırma başlayıb.

Bu hadisədən təxminən bir ay öncə polis zabiti “50 Cent”in “İnstagram”dakı paylaşımına görə şikayətçi olmuşdu. Reper həmin pallaşımda Qonzalesi hədələmişdi. Reperin izləyiciləri də Qonzalesə aqressiv mesajlar göndərmişdilər. Hətta bir neçə nəfər onun öldürülməsinə çağırış etmişdi. Amma bir qədər sonra Kertis Cekson sözügedən paylaşımı silmişdi. Məsələyə aydınlıq gətirərək bildirmişdi ki, polis zabiti onun dostunu – “Love and Lust” klubunun sahibini şantaj etdiyinə görə onunla bağlı belə bir paylaşım edib.

Reperin meneceri deyib ki, o, polis zabitinin öz işçilərinə onunla bağlı göstərişini zarafat yox, ciddi addım sayır. Bununla əlaqədar özünün atacağı növbəti addımları müəyyənləşdirmək üçün hüquqşünaslarla məsləhətləşir: “Narahatlıq yaradan həm də budur ki, Nyu-York polisi onu həyatına olan təhlükə barədə xəbərdar etməyib. Üstəlik, Qonzales hələ də nişan və silah gəzdirməkdə də davam edir”.

“50 Cent” reper, aktyor və yazıçıdır.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Kadırovdan Makrona jest: Məhəmməd adı qoyulan uşaqlara görə pul paylayacaq
Son xəbərlər
Bütün xəbərlər »