Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsan gələcəkdə 14 bədən hissəsini itirəcək

Çarlz Darvin məşhur “Növlərin mənşəyi” əsərinin birinci hissəsində insanın gələcəkdə bədən hissələrinin bəzisinin itirmə ehtimalı haqda yazmışdı. İngilis alim həmin hissələri faydasız, əhəmiyyətsiz adlandırmışdı.

Bu sahə ilə məşğul olan müasir alimlər onun fikrinə qoşulur, hətta bir az da irəli gedirlər. Bizimyol.info xəbər verir ki, onlar insanın daha çox bədən hissəsini itirəcəyini düşünürlər. Xüsusilə heç bir funksiyası olmayan üzvlər sıradan çıxacaq.

Bədəndəki tüklər

Qaşlar gözləri tərdən qoruyur. Kişilərdə üzdəki tüklər əks cinsin diqqətini çəkmək üçündür. Amma kişi bədənindəki tüklərin çox hissəsinin heç bir missiyası yoxdur.

Xarici qulaq əzələləri

Xüsusilə dovşanlar və itlər əzələlərin hesabına qulaqlarını tərpədə bilir. Bəzən insanlar da bunu bacarır. Amma o əzələlər başqa heç nəyə yaramır.

Ağıl dişi

İnsanların əksəri ağıl dişini itirir və sonradan bunun əziyyətini çəkmir. Ağıl dişi də əhəmiyyətsizdir.

Boyun qabırğaları

Boyun fəqərələrinin ətrafında yerləşən qabırğalar dünya əhalisinin yalnız 1 faizində rast gəlinir. Bəzən heç boynun hər iki tərəfində olmur: ya sağda, ya da solda yer alır. Bunlar da artıq sümüklər sayılır.

Uzun əl əzələləri

Bu əzələlər də bütün insanlarda yoxdur. Məsələn, dağa çıxanlara bu əzələlər həmişə mane olur.

Kişilərdə döş giləsi

İnsan bədənini ilkin formalaşması dövründə həm qadınlarda, həm də kişilərdə döş giləsi əmələ gəlir. Amma prolaktin hormonunun azlığı kişilərə böyük döşə sahib olmağa imkan vermir. Gələcəkdə kişilər bu hissədən də məhrum olacaq.

Tük əzələləri

Sizə qəribə görünə bilər, amma insanda tük əzələləri də var. Tüklərinizin biz dayanması həmin əzələlər sayəsində baş tutur. Bu əzələlər daha çox heyvanlara lazım olur. Xəz formalaşır və onları soyuqdan qoruyur.

Kor bağırsaq

Yoğun bağırsağa birləşən bu boru insanın daha çox bitkilərlə qidalanan vaxtında işə yarayırdı. Rasionu əsasən heyvan zülalından ibarət olan məxluqda əhəmiyyətsiz görünür.

13-cü qabırğa

Əksərimizdə 12 cüt qabırğa var. İnsanların yalnız 8 faizində şimpanze və qorilla kimi 13-cü qabırğaya rast gəlmək mümkündür.

Ayaq barmaqları

İnsanların bədənin balansını saxlamaq üçün daha ayaq barmaqlarına ehtiyac yoxdur. Təxminən 500 il sonrakı insanda bunlar olmaya bilər.

Büzdüm

Neandertallarda rast gəlinən quyruqdan bizə büzdüm yadigar qalıb. Amma o da yoxa çıxacaq.

Üçüncü göz qapağı

Quşlara xas hissədir. İnsanda yalnız gözünün kənarında çox kiçik parçası nəzərə çarpa bilər.

Darvin qabarcığı

Söhbət qulağın yuxarı hissəsindəki çıxıntıdan gedir. Primatlar bunun sayəsində uzaq məsafədəki səsləri eşitməyə çalışırdılar.

Körpücükaltı əzələ

Bu əzələ o vaxt faydalı sayılardı ki, yenə dörd ətraf üstündə hərəkət edək. İnsanlarda bu əzələ yavaş-yavaş yoxa çıxır. İndi kimdəsə biri, kimdəsə ikisi qalıb.

Son xəbərlər
Bütün xəbərlər »