Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfv Komissiyasının üzvü: “Bütün müraciətlər diqqətlə araşdırılır”

Əliməmməd Nuriyev: “Ad açıqlamaq hüququmuz yoxdur, son qərarı president verəcək”

“Heç kimə fərq qoymadan, Əfv Komissiyasına daxil olan bütün müraciətlər diqqətlə araşdırılır, müzakirə olunur və müvafiq tövsiyə xarakterli rəylər hazırlanır”

Bunu Bizimyol.info saytına Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

O, Novruz Bayramı ərəfəsində gözlənilən əfv siyahısı ilə bağlı suallarımızı cavablandırıb.

Azərbaycanda həbs edilən və hüquq müdafiə təşkilatları tərəfindən “siyasi məhbus” hesab edilən şəxslərin siyahıda yer alıb-almadığı ilə bağlı sualımıza cavab olaraq Ə.Nuriyev deyib:

“Bizə daxil olan müraciıtlərlə bağlı hər hansı şəxsin adını açıqlamaq səlahəyyətiniz yoxdur.

Ona görə ki, bunlar konfedensial fərdi məlumatlardır. Həmin şəxslərin adlarının açıqlanması yalnız özləri, yaxın qohumları, yaxud da onlarıln əfvi üçün müraciıt edən Ombudsman, hüquq müdafiəçiləri tərəfindən mümkündür”.

Komissiya üzvü deyib ki, hazırlanan siyahı ölkə başçısına təqdim ediləcək: “Son qərarı vermək Prezidentin səlahiyyətindədir”.

Bu gün bir qrup hüquq müdafiəçisi də Əfv Komissiyasının üzvü, daxili işlər naziri Ramil Usubovla görüşüblər. Görüşdə Monitorinq Qrupunun üç üzvü – Novella Cəfəroğlu, Səadət Bənəniyarlı və Səidə Qocamanlı iştirak ediblər.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı medaiaya açıqlamasında deyib ki, aralarında bloggerlər, jurnalistlər, inanclı insanlar, keçmiş dövlət məmurları da olan “siyasi məhbus” siyahısı nazirə təqdim ediıib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »