Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəbəllütariq boğazında gərginlik: İki Avropa dövləti savaşın astanasında

Cəbəllütariq boğazında İspaniya ilə İngiltərə arasında böhran baş verib.

Böhran dünəndən başlayıb. İngiltərədən verilən açıqlamaya əsasən, ispan hərbi gəmiləri dənizdəki ticarət gəmilərini uzaqlaşdırmağa çalışıb. İngilis donanmasının müdaxiləsi ilə ispan gəmisi ərazini tərk edib. “Bu hərəkət axmaq bir oyundur”, - deyə açıqlamada məsələyə münasibət bildirilib.

Cəbəli-Tarik muxtar vilayətinin rəhbərliyi isə İspaniyanın bu hərəkətini “axmaqlıq” adlandırıb. Hökumətin mətbuat katibi deyib:

“İngiltərənin Cəbəllütariq üzərindəki BMT müqavilələrində bütün dünya tərəfindən qəbul edilən suverenliyinə qarşı atılan bu addım axmaq oyundur. Quru səs-küydən başqa heç nə deyil. Deyəsən İspaniya ordusunda hələ də beynəlxalq hüququ poza biləcəklərini düşünənlər var”.

Şimali Afrika sahillərindən 18 km uzaqlıqda olan Cəbəllütariq İngiltərəyə aiddir. Ancaq İspaniyanın da özəl status olan bölgədə suverenlik iddiası var. (Olke.az)

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Düşmənin atəş nöqtələri, komanda idarəetmə məntəqəsi məhv edilib - Video
Son xəbərlər
Bütün xəbərlər »