Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rüsumların artırılmasından sonra avtomobil bazarında son vəziyyət - Video

Yanvarın 1-dən Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artırılıb.

Bəs, görəsən rüsumların artırılması avtomobillərin qiymətinə nə kimi təsir göstərib? Hansı avtomobillərin qiyməti bahalaşıb? Alıcılar daha çox hansı avotomobillərə üstünlük verirlər?

Bu suallara aydınlıq gətirmək üçün Bizimyol.info-nun əməkdaşı Ramid İbrahimov Badamdar qəsəbəsində yerləşən Avtomobil Satışı Mərkəzində baş çəkib, bazardakı vəziyyəti öyrənməyə çalışıb.

Əməkdaşımız öyrənib ki, avtomobillərin qiymətindəki artım sürətlənib. Satıcılar alıcı qıtlığından, alıcılar isə avtomobillərin baha olmasından şikayət ediblər. Demək olar ki, bütün avtomobillərdə bahalaşma müşahidə edilir.

Satıcıların sözlərinə görə, 2019-cu ildə Azərbaycana gətirilən komfortlu avtomobillərin sayı kəskin azalacaq. Belə ki, rüsumların artırılmasından sonra alıcılar avtomobilin buraxılış ilinə yox, yanacaq sərfiyyatını daha az işlədən avtomobillərə üstünlük verilirlər. 2018-ci il yanvarın 1-dən aksiz vergisi 80 faiz artırılandan sonra iri mühərrikli avtomobillərin satışı azaldı. 2019-cu il yanvarın 1-dən aksiz vergisi 50 faiz də artırıldı və bu, da satışa ciddi təsir edəcək.

Satıcılar bildirilər ki, bazarda qiyməti 15000 manata qədər olan ekonom avtomobillərə tələbat artıb.

Bazarda 2000-ci ilin istehsalı olan “Mercedes-Benz E 240” 17500 manata, 2006-cı ilin istehsalı olan “LADA VAZ 2107” 4500 manata, 2007-ci ilin istehsalı olan “Mercedes-Benz C-class” 34500 manata, 2008-ci ilin istehsalı olan “Saturn Astra” 10200 manata, 2010-cu ilin istehsalı olan “Volkswagen Passat CC” 16500 manata, 2012-ci ilin istehsalı olan “Jeep Compass” 27000 manata, 2013-cü ilin istehsalı olan “Ford Fiesta” 15700 manata, 2014-cü ilin istehsalı olan “GAC GS 5” 16800 manata müştərilərə təklif olunur.

Videoreportajı təqdim edirik:

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
Son xəbərlər
Bütün xəbərlər »