Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DYP-dən hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq

Dövlət Yol Polisi Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sürücülük təcrübəsi az olan sürücülər qarlı havada və buz bağlamış yollarda avtomobil idarə etməməlidirlər.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevralın 18-dən 19-na keçən gecədən etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

BDYPİ bununla əlaqədar sürücülərin nəzərinə çatdırır ki, yollarda yarana biləcək qəzalar və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülər avtomobil idarə edərkən diqqətli olmalı, bəzi yolların buz bağlama ehtimalını nəzərə alaraq, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməlidirlər.

Eyni zamanda, zərurət olmadan sürücülərin ötmə əməliyyatı aparmamaları və qəfil manevrlər, eləcə də kəskin tormazlama etməmələri tövsiyə olunur”, - məlumatda deyilir.

Qeyd edilib ki, qarlı, buzlu yollarda sürücülük təcrübəsi az olan sürücülərin avtomobil idarə etmələri onların özləri, eləcə də, digər hərəkət iştirakçıları üçün təhlükə yaratma ehtimalı yüksəkdir:

“Bunu nəzərə alaraq, qeyd olunan hava şəraitində sükan arxasına əyləşməmələri xahiş olunur”.

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »