Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ebru Gündeşi gətirəcəm” vədi ilə 200 min alınan prodakşn rəhbərinə hökm oxundu
Tural Vəlizadə 8 il müddətinə azadlıqdan məhrum edilib

Türkiyənin tanınmış müğənniləri Ebru Gündeş və Sılanı Azərbaycan gətirəcəyi ilə bağlı vəd verərək, iş adamlarından 200 min manat almaqda təqsirləndirilən prodakşn rəhbərtinə hökm oxunub.

Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “Velizadə prodakşın”ın rəhbəri, müğənni Tural Vəlizadə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökm hakim Cavid Hüseynovun sədrlik etdiyi kollegiya tərəfindən çıxarılıb.

T.Vəlizadə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə təqsirli bilinib.

T.Vəlizadə dörd nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur. Belə ki, o, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri - Sıla və Ebru Gündeşi konsert vermək üçün Bakıya gətirəcəyi vədini derərək, ümumilikdə həmin şəxslərdən 200 min dollar pul alıb. Lakin sonradan vədinə əməl etməyib.

O, zərərçəkmişlərin şikayətləri əsasında saxlanılıb.

Təqsirləndirilən məhkəmədə verdiyi ifadəsində ittiham üzrə özünü təqsirli bilmədiyini və iş adamlarından pulu borc aldığını söyləyib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »