Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərar qəbuletmə texnikası: Dekart kvadratı
Dekart Kvadratı olduqca az vaxt tələb edən qərar qəbuletmə texnikasıdır. Bu texnika seçim etdiyiniz zaman əsas prioritetləri bəlli etməyə və hər seçimin nəticələrini təxmin etməyə imkan yaradır. Məsələ bundadır ki, biz qərar qəbul etməyə çalışdığımız zaman çox vaxt iki qərar arasında qalır, nəticədə özümüzü çıxılmaz vəziyyətdə hiss edirik.

Bu sadə qərar qəbuletmə texnikası ondan ibarətdir ki, siz hər hansı bir problem və ya situasiyanı bu 4 suala cavab verərək nəzərdən keçirməlisiniz:

1. Bu baş verdiyi halda nə olacaq? – nə əldə edəcəyəm, müsbət tərəfləri;

2. Bu baş vermədiyi halda nə olacaq? – hər şey olduğu kimi qalacaq, istədiyini etməməyin müsbət tərəfləri;

3. Bu baş verdiyi halda nə olmayacaq? – mənfi tərəfləri, itirilməsi mümkün olan şeylər;

4. Bu baş vermədiyi halda nə olmayacaq? – istədiyini etməməyin mənfi cəhətləri, bu halda itirəcəklərin. Bu sualla ehtiyatlı olun, çünki beyin ikili inkarı qəbul etməkdən imtina edə bilər. Cavablarınız birinci sualın cavabıyla eyni ola bilər – buna yol verməyin.

Bu texnika niyə işə yarayır?

Dekart kvadratı hər hansı bir qərarın yol aça biləcəyi şeyləri aydın görməyə kömək edir. Belə ki, biz qərar qəbul etməli olduğumuz situasiyalarda, ancaq bir sual üzərində köklənirik: bu baş versə, nə olacaq? Dekart Kvadratı sayəsində isə biz eyni situasiyaya birdən-birə 4 fərqli tərəfdən yanaşaraq, bütün mümkün nəticələri görə bilirik.

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »