Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Naxçıvanda ASAN Xidmət açılsın" təklifinə reaksiyalar
Xəbər verdiyimiz kimi bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin iclası keçirilib. İclasda idarə heyəti bir çox məsələləri müzakirədən keçirdib. BAXCP İdarə Heyəti Azərbaycan hökumətini iş tapmaq məqsədi ilə paytaxt Bakıya və ölkənin digər ərazilərinə köç edən Naxçıvan sakinlərinə, Naxçıvana gediş-gəlişin çətin olduğu nəzərə alınaraq, yaşadıqları ərazilərdə şəxsiyyət vəsiqəsi və digər sənədləri ala bilmələri üçün müvafiq tədbirlər həyata keçirməyə çağırıb.

İclasda qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının da müvafiq dövlət qurumları "ASAN Xidmət" sisteminə inteqrasiya edilməli və Muxtar Respublikanın ərazisində "ASAN Xidmət" Mərkəzləri açılmalıdır.

Naxçıvan Ali Məclisinin mətbuat katibi Ülvi Hüseynli Bizimyol.info-ya bildirib ki, bu məsələ Ali Məclisin səlahiyyətində olan məsələ deyil:

"Səlahiyyətimizdə olmayan bir məsələdir. Xahiş edirik ki, aidiyyatı üzrə müvafiq orqanlara müraciət edəsiniz".

"ASAN xidmət"dən verilən məlumata görə isə bu məsələ birbaşa ölkə başçısının səlahiyyətində olan məsələdir və ölkə başçısı sərəncam imzalayarsa Naxçıvanda da "ASAN Xidmət" mərkəzləri yaradıla bilər.

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə bir neçə gün öncə "Şöhrət" ordeni ilə təltif edilən, deputat Siyavuş Novruzov isə ümumiyyətlə təmsil etdiyi regionun - seçicilərinin "ASAN Xidmət" mərkəzinə təlabatının olub-olmamasından məlumatsız olduğunu bildirdi: "Mənim bu haqda məlumatım yoxdur, məlumatım olsa sizə də deyərəm".

Bizimyol.info

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »