Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hazırda pulları ödəmək fikrim yoxdur" – Beynəlxalq Bank işi

4.7 milyardlıq mənimsəmnə ilə bağlı təqsirləndirilənlər ifadə verib

“Adıma Beynəlxalq Bankından 23 milyon 53 min manat kredit götürülüb. Məbləğlərin şişirdiləməsi ilə razı deyiləm. İtihamda qeyd edilib ki, 2 milyondan çox şişirdilmə olub, həmin pulları mənimsəmədə təqsirləndirilirəm. Hazırda pulları ödəmək barədə də fikrim yoxdur".

Bizimyol.info xəbər verir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə “Beynəlxalq Bank” işi üzrə təqsirləndirilən Nəvai Şirinov deyib.

O, 2007-ci ildən "General Consalting" şirkətində direktor kimi fəaliyyətə başlayıb və onu bu vəzifəyə Dünyamin Xəlilov təyin edib. “Dünyamin Xəlilovu 2005-ci ildə deptatlığa namizəd olan zaman tanımışam. Şirkətdə tikinti işi ilə məşğul idik. Mən sonradan podaratçı "Kənan İnşaat" şirkəti ilə işləməyə başladım və Beynəlxalq Bankdan kredit götürdüm. Forma 2 podaratçı şirkətdən gəlirdi, mən də imzalayırdım. Adıma bir neçə kredit xətti açıqlanıb".

N.Şirinov qeyd edib ki, 2010-cu ilə qədər Beynəlxalq Bankın Zaqatala filalından kredit götürüb: "Dəqiq nə qədər kredit götürüldüyünü xatırlamıram. Əvvəl 300 min, sonra 450-800 min manat kredit götürülüb. Kredit müqaviləsi hazır formada gəlirdi və mən də imzalayırdım. 2010-cu ildən sonra isə Bakıya gəldim".

Sualları cavablandıran N.Şirinov deyib ki, şirkətində direktor vəzifəsində çalışan zaman 300-600 manat arası maaş alıb: "Elə olurdu ki, maaş heç ala bilmirdim".

Daha sonra digər təqsirləndirilən Camal Həsənov bildirib ki, D.Xəlilov onu "General Consalting" şirkətinə direktor təyin edib. O, 8 milyon manatdan artıq pulu mənimsəmədə təqsirli bilinir. Təqsirləndirilənin sözünə görə, D.Xəlilovun göstərişi ilə Beynəlxalq Bankdan adına kredit götürülüb və pulu şirkətin kassiri Əli Muradova verib.

Bu iş üzrə “Beynəlxalq Bank”ın idarə heyətinin sabiq sədri Cahangir Hacıyevlə birlikdə onun bacanağı İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov da ittiham edilir.

Onlara qarşı mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması, vergidən yayınma və başqa maddələrlə ittihamlar irəli sürülüb. Dəymiş ümumi ziyan 4.7 milyard hesablanıb.

İş üzrə zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı” tanınıb. Mülki iddiaçı "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı 3 milyard 700 min manatdan artıq, Vergilər Nazirliyi isə 1 milyon 752 min 359 manatlıq mülki iddia qaldırdırıb.

C.Hacıyev və digərləri özlərini təqsirli bilmədiklərini, mülki iddiaları da qəbul etmədiklərini deyiblər.

Qeyd edək ki, C.Hacıyev və təqsirləndirilənlərdən 3 nəfər hazırda həbsdədir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.

Prosesdə iafdə verən təqsirləndirilən Camal Həsənov Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini və İqtisadiyyat Universitetini bitirdiyini bildirib. O qeyd edib ki, uzun müddət ərəb ölkələrində işləyib və xarici iqtisadi əlaqələrlə məşğul olub. Cahangir Hacıyevi 1990-cı illərdən tanıyıdığını deyən C.Həsənov bildirir ki, 2004-cü ildə işsiz olan zaman zəng edərək, ondan iş istəyib.

“General Construction” MMC-nin rəhbəri Dünyamin Xəlilov deputat seçilib və C.Həsənov 2006-cı ilin mart ayında direktor təyin olunub. “Yerli və xarici firmalarla danışıqlarda iştirak edirdim. Əsas vəzifəm mal-materialların alınması, gömrük məsələləri, işçilərin fəaliyyətinə nəzarətdən ibarət olub. Maliyyə və kadr məsələlərinə qarışmamışam”.

8 milyondan artıq pulu mənimsəmədə ittiham olunan C.Həsənov özünü təqsirli bilməyib. O vurğulayıb ki, pulların hansı istiqamətə xərclənməsini bulməyib. “Çünki bütün bu məsələlərdən tamamən kənardayam. Özümü təqsirli bilmirəm. Mənim əlim pula dəyməyib. Mən pul mənimsəməmişəm. Formal olaraq direktor olmuşam”.

27 milyon 800 min avro dəyərində pulun mənimsənilməsində ittiham olunan təqsirləndirilən Səlahəddin Qədirov isə ixtisaca mühəndis olduğunu, bir müddət Moskvada işlədiyini bildirib. 2003-cü ildə keçmiş iş yoldaşı Nazim İbrahimovun məsləhəti ilə “General Construction” MMC-yə işə düzəlmək üçün Dünyamin Xəlilovla görüşüb. “Əvvəl məsləhətçi, sonra menecer, daha sonra isə tikinti departamentinin direktoru təyin olundum”.

2004-cü ilin may ayından etibarən D.Xəlilovun göstərişi ilə “Aygün İnşaat” MMC-nin direktoru təyin edilib. Adıçəkilən müəssisə ilə bağlı bir director kimi fəaliyyəti olmadığını, möhürün və ştampın onda olmadığını deyib: “Dünyamin Xəlilov məni yanına çağırıb dedi ki, dövlət sifarişi ilə başqa bir şirkətə müdir təyin edilirəm. Məmin xəbərim olmadan müqavilə təqdim etdilər. Həmin vaxt şirkətin hüquqşünası Əli Axundov da Dünyamin Xəlilovun yanında idi. Dedi ki, təhlükəli heç nə yoxdur. Sənədləri oxumadan imzalamışam”.

O, 2005-ci ildə ingilis dilində imzaladığı sənəddən 2015-ci ildə istintaq zamanı xəbər tutduğunu deyir: “Müqavilə ingiliscə idi. Mən ingilis dilini bilmirəm. Amma qol çəkmişəm. Dünyamin Xəlilov o vaxt deyirdi ki, narahat olmayın. 2015-ci ildə vergi istintaqı zamanı Dünyamin Xəlilovun yanına gedib soruşanda yenə də arxayın saldı”.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
Son xəbərlər
Bütün xəbərlər »