Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
56 min oğurluqda təqsirləndirilən xadimə məhkəmə zalında həbs edildi
İş üzrə zərərçəkmiş məşhur şirkət rəhbərinin həyat yoldaşıdır

“Mətanət-A” şirkətinin prezidenti Elxan Bəşirovun həyat yoldaşı Vüsalə Bəşirovanının Bakıda yerləşən evində xadiməçi kimi çalışan qadın 56 min manat pul oğurlamaqda təqsirləndirilir.

Bizimyol.info xəbər evrir ki, oğurluqda ittiham edilələn Gülər Piriyevanın cinayət işinə Bakı Aöır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baxılır.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra zərərçəkmişin vəkili vəsatət qaldıraraq təqsirləndirilən şəxsin barəsində seçilmiş polis nəzarəti qətimkan tədbirinin həbs-qətiman tədbiri ilə əvəz edilməsini istəyib. Vəsatət təmin edilib və G.Piriyeva məhkəmə zalında həbs olunub.

Baxış iclası fevralın 22-nə təyin edilib.

İttiham aktına əsasən, G.Piriyeva Vüsalə Bəşirovanının Bakıda yerləşən evində xadiməçi kimi çalışıb. O, işlədiyi dövürdə ev sahibinin mənzilindən 56 min manatlıq oğurluq edib.

V.Bəşirovanın hüquq-mühafizə orqanları əməkdaşlarına şikayəti əsasında saxlanılan G.Piriyeva barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Oğluma polis bölməsində ağır işgəncələr verilir” - DİN-dən ittihama cavab
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› “NATO ölkəsinin Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirməsi ciddi məsələdir”
››› Paşinyan Putinin xəritələrlə bağlı təklifini qəbul edir
Son xəbərlər
Bütün xəbərlər »