Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqbal Ağazadəyə qarşı 165 min matalıq dələduzluq
“Ümid” partiyasının sədri, sabiq deputat İqbal Ağazadəyə qarşı 165 min manat dələduzluq edilmısi iləı bağlı məhkəmə prosesi başlayıb.

Bizimyol.info xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesə İqbal Ağazadə qatılmayıb.

Hakim deyib ki, onunla telefon vasitəsi ilə əlaqə saxlanılıb və zərərçəkmiş qismində məhkəmənin hazırlıq iclasına dəvət edilib. İqbal Ağazadə isə iclasın onun iştirakı olmadan keçirilməsini və təqsirləndirilən şəxsə kömək olunmasını istəyib.

Hakim bildirib ki, zərərçəkmiş İqbal Ağazadə növbəti prosesə dəvət ediləcək. İclasda təqsirləndirilıən şəxsin anket məlumatları dəqiqləşdirilib və baxış iclası martın 1-nə təyin edilib.

İttiham aktına əsasən, S.Tağıyev İ.Ağazadənin etibarından sui-istifadə edərək onun 165 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Ona qarşı Cinayət Məcəlləsin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

S.Tağıyev daha əvvəl də eyni maddə ilə mühakimə olunub. O, bir neçə şəxsə ipoteka krediti götürıcəyini vəd edərək onlarda 100 min manatdan artıq pul alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Tağıyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Höjmdən təqsirləndirilənin verdiyi şikayətə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin S.Tağıyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, o, azadlığa buraxılıb.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Makron Həzrəti Məhəmmədə qarşı sözlərini geri götürdü
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »