Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaxşı film tapmaqda sizə kömək edəcək 5 resurs
Amerika Kinokompaniyalar Assosiasiyasının araşdırması nəticəsində məlum olub ki, hər il 7000-dən artıq bədii film istehsal edilir. Netflix kimi dünyanın ən böyük kino bazası olan saytın 36 000-dən artıq film ehtiyatı var. Bu qədər filmə dayanmadan baxaraq, ekran qarşısında 7 ilə yaxın vaxt keçirmək mümkündür. Bir sözlə, film sayınının çoxluğu heç nəyi dəyişmir – yaxşı film tapmaq heç də hər zaman asan olmur.Pahoo.az sizə yaxşı film tapmaq üçün 5 vasitə təqdim edir:

“Кinopoisk”də təsadüfi film

Təsadüfi film pəncərəsi ana səhifənin lap aşağısında sağ paneldə yerləşir. “Digər təsadüfi film” yazısınsa basaraq, siz film üçün buraxıldığı il, ölkə, janr kimi parametrləri seçə biləcəyiniz səhifəyə keçid etmiş olacaqsınız. Alqoritm sizi IMDB balı 6-dan aşağı olmayan istəyinizə uyğun filmə yönləndirəcək. Yüksək balı olan filmlər isə yaşıl rənglə vurğulanaraq, daha rahat tapmağınıza kömək edəcək.

Top-250 IMDB

Son dövrlər bu saytın reytinqləri şübhə altına düşməyə başlasa da, top 250 listi hələ də çox gözəl filmlərlə dolub-daşır. Bu siyahıya düşmüş filmlərin bir çoxuna rahatlıqla baxmaq olar.

A Good Movie to Watch

Saytın redaktorları filmləri bir neçə xarakteristikadan yola çıxaraq, özləri seçirlər. İlk əvvəl tənqidçi və tamaşaçılar tərəfindən əldə etdiyi reytinq üzrə, çox da məhşur olmayan filmlər vurğulanır. Ona görə də bu saytın təklif etdiyi gözəl filmlərə artıq baxmış olduğunuz ehtimalı azdır.

Good Movies List

Good Movies List seçimləri Rotten Tomatoes, Metacritic və IMDB reytinqlərinə əsasən edilir. Sayta keçirdiyiniz bir neçə dəqiqə gözəl film seçməyə kifayət edəcək.

WMSIWT

WMSIWT (What Movies Should I Watch Tonight) — bu sayt adıyla suala cavab vermiş olur. Sayta keçid etdiyinizdə, ilk növbədə filmlərdən birinin treyleriylə qarşılaşacaqsınız. Xidmət, redaktorların şəxsi seçimləriylə fəaliyyət göstərir, buna görə də hər film xüsusi seçimə əsaslanır.

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »