Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Tələbələr çalışsa, 600 manat təqaüd ala bilər” - Ekspertdən açıqlama

Məlum olduğu kimi, ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi, doktorant və magistrların təqaüdlərinin, habelə Prezident təqaüdlərinin artırılması ilə bağlı fərman və sərəncamlar imzalanıb.

Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsiylə bağlı sərəncama əsasən, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 vahid artırılacaq və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması təmin ediləcək.

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov bizimyol.info-ya bildirib ki, tələbə çalışsa nəzərdə tutulan məbləği ala bilər. O deyib ki, bu gün təhsilimizdə standart, prezident təqaüdü, xüsusi təqaüd, və adlı təqaüdlər sistemi mövcuddur:

Standart təqaüd:

bakalavriat səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 130 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 110 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 75 manat

Prezident təqaüdü – 210 manat

Xüsusi təqaüd:

SABAH təqaüdü – 50 manat

“Gələcəyin müəllimi” təqaüdü – 100 manat

Kənd təsərrüfatı tələbə təqaüdü – 100 (yüz)- 200 (iki yüz) manat

AZERCELL tələbə təqaüdü – 200 manat

SOCAR tələbə təqaüdü – 100 manat

“Bunlardan başqa bəzi universitetlərin daxili təqaüd proqramaları da var. Yəni Universitetə qəbul olma balına uyğun təqaüd, eləcə də, tələbənin universitet həyatındakı fəaliyyətinə görə təqaüd mövcuddur”,-deyə ekspert bildirib.

Onun sözlərinə görə, adlı təqaüdlərin verilməsində ən yaxşı göstərici Bakı Dövlət Universitetindədi: “Burada 22 ziyalının adına təqaüd verilir. BDU-da hazırda Heydər Əliyev, Əziz Əliyev, Zərifə Əliyeva, Ziya Bünyadov, Mirzə Kazımbəy, Aida İmanquliyeva, Abdulla Qarayev, Şəfayət Mehdiyev, Səttar Süleymanov, Musa Əliyev, Mirəli Qaşqay, Məhəmməd Əmin Rəsulzadə, Nizami Gəncəvi, Mir Cəlal Paşayev, Abbas Zamanov, Arif Babayev, Yəhya Məmmədov, Həsən Əliyev, Zeynəlabdin Tağıyev, Məmməd Xələfov, Murtuz Ələsgərov, Heydər Hüseynov adına adlı təqaüdlər var.

“Azərbaycan” Universitetində “Şəhid Fəxrəddin Qurbanlı adına təqaüd” - 500 manat

Odlar Yurdu Universitetində isə 9 adlı təqaüd sistemi mövcuddur. OYU-də təhsildə fərqlənən tələbələrə Ümummilli lider Heydər Əliyevin adına , Akademik Zərifə Əliyeva adına, Mir Cəlal Paşayev adına , Əhməd Seyidov adına, Səməd Vurğun adına , Fərəməz Maqsudov adına, Lütfi Zadə adına, Əhməd Mahmudov adına, Lütfi Zadə adına, Vahid Qəhrəmanov adına təqaüdlər verilir.

Misal üçün: bakalavriat səviyyəsi üzrə dövlət sifarişi ilə hər hansı bir ali məktəbə qəbul olmuş tələbə sentyabrdan yanvara qədər 75 manat təqaüd alacaq. Həmən şəxs qış imtahan sessiyasından əlaçı çıxsa, 130 manat təqaüd alacaq. Əgər o müəllimlik ixtisasına qəbul olubsa, əlavə 100 maat, SABAH qruplarında təhsilini davam etdirsə əlavə 50 manat təqaüd alacaq ki, bu da 280 manat təqaüd deməkdir. Bunlarla yanaşı o tələbə AZERCELL və SOCAR-ın təqaüd proqramlarını qazansa əlavə 300 manat təqaüd ala bilər. Əgər o tələbə prezident təqaüdü alırsa, 210 manat da təqaüd bu məbləğlərə əlavə olunur”.

Ekspert deyib ki, hansısa bir abituriyent kənd təsərrüfatı ixtisasları üzrə ali məktəbə dövlət sifarişli ixtisas üzrə qəbul olubsa, əlaçı olsa 130 manat, o universitetə 400-499 bal toplayıbsa əlavə 100 manat, 500-dən çox bal toplayıbsa əlavə ayda 200 manat, sabah qruplarında oxuyursa əlavə 50 manat təqaüd ala bilər: “Beləliklə, kənd təsərrüfatı ixtisasları üzrə təhsil alan hər bir tələbənin azı 380 manat təqaüd almaq imkanı var. Əlbətdə ki, bura AZERCELL və SOCAR-ın təqaüdlərini, universitetlərin daxili təqaüdlərini də əlavə etmək olar.

Beləliklə, istənilən tələbə ölkəmizdə istəsə, azı 300 manat təqaüd ala bilər və bu heç də çətin deyil. Hazırda ali təhsil müəssisələrimizin bakalavr pilləsində təhsil alanlar arasında 500-600 manat təqaüd alan xeyli sayda tələbə var”.

Ramid İbrahimov

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »