Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan əhalisinin sayı açıqlandı
Ötən il Azərbaycan əhalisinin sayı 83 372 nəfər və ya 0,8 faiz artaraq 2019-cu il yanvar ayının 1-i vəziyyətinə 9 981 457 nəfərə çatıb.

Trend xəbər verir ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Cari ilin əvvəlinə ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşayır.

Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 115 nəfər təşkil edib və bu göstərici Naxçıvan Muxtar Respublikasında 83, Bakı şəhərində 1064, Lənkəran və Abşeron iqtisadi rayonlarının hər birində 154, Gəncə-Qazax iqtisadi rayonunda 104, Aran iqtisadi rayonunda 96, Yuxarı Qarabağ iqtisadi rayonunda 93, Quba-Xaçmaz iqtisadi rayonunda 79, Şəki-Zaqatala iqtisadi rayonunda 70, Dağlıq Şirvan iqtisadi rayonunda 52, Kəlbəcər-Laçın iqtisadi rayonunda isə 40 nəfər olub.

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
››› Cadu tapmağı bacaran "falçı" onu gözləyən polisi "görə" bilməyib
Son xəbərlər
Bütün xəbərlər »