Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəlilabadda 3 evin həyətinə su dolub - İcra Hakimiyyəti
Cəlilabad rayonunda intensiv yağıntılar nəticəsində baş vermiş çay daşqınının qarşısı alınıb.

Bu barədə Trend-ə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Mənsur Məmmədov deyib.

Komissiya sədri bildirib ki, hadisə yerinə dərhal texnika və canlı qüvvə cəlb edilib və problem aradan qaldırılıb: "Ciddi daşqın olmamışdı. Hadisə nəticəsində Sabirabad kəndində 3 evin həyətinə və kənd qəbiristanlığının bir hissəsinə su daxil olmuşdu. Çayın bəndləri düzəldildi və problem aradan qaldırıldı. Hazırda ərazidə vəziyyət normaldır, heç bir problem yoxdur".

Qeyd edək ki, fevralın 17-də Cəlilabad rayonunun Sabirabad kəndinin yaxınlığından keçən Qarayar çayı məcrasından çıxıb.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »