Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfvlə bağlı Ramil Usubovla görüşdülər, göstəriş verdi

Bu gün hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Səidə Qocamanlı Daxili işlər naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Ramil Usubovla görüşüblər.

Bu barədə “Qafqazinfo”ya S. Bənənyarlı məlumat verib. O bildirib ki, görüşün keçirilməsində məqsəd siyahıda olan məhbuslarla bağlı məlumat vermək olub: “Daha sonra bizə edilən digər müraciətlərlə bağlı fikir mübadiləsi etdik. İşgüzar bir görüş alındı. Bilirsiniz ki, bu günlərdə Əfv Məsələləri Komissiyasının iclası keçirilir. Ramil Usubov məsələlərin araşdırılması üçün göstəriş verdi.

Artıq siyahını Komissiyaya təqdim etmişik. Siyahıda bu günə kimi siyasi məhbus hesab etdiyimiz şəxslərin adı var. Elə insanlar var ki, illərdir ki, adı həmin siyahıdadır. Ümid edirəm ki, bu dəfəki əfv siyahısında onların adını görə biləcəyik. O cümlədən, bu məsələlərlə bağlı, cənab prezident İlham Əliyevə də müraciət etmişik”.

Paylaş »
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› Rusiyanın Yaponiyadakı Olimpiadaya hücum planının üstü açıldı
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »