Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Reggae əfsanəsi Bob Marleydən həyat dolu 10 sitat
Bob Maley Yamaykalı reggi musiqiçisi olmaqla yanaşı, bütün dünyanı ilhamlandıran sənətkar da olmağı bacaran şəxsiyyətlərdən biridir. Onun əsl adı Nesta Robert Marley olub. 1963-cü ildə the Wailers qrupu ilə sənət fəaliyyətinə başlayan Marley, 1974-cü ildə qrupun dağılması ilə solo fəaliyyətə başlayır və 1977-ci ildə Exodus adlı ilk albomunu buraxmağa nail olur.Musiqiləri və həyat tərzi ilə əsl ikona çevrilən Bob Marley fəlsəfəsi sevgi və azadlıq üzərində qurulub. Sizə məşhur musiqiçinin 10 həyat dolu sitatını təqdim etməklə, onu daha yaxından tanımağa dəvət edirik.

1. Bəzi insanlar yağışı hiss edir, digərləri isə sadəcə islanırlar.

2. Musiqinin ən yaxşı xüsusiyyəti odur ki, o sizi vurduqda, heç bir ağrı hiss etmirsiniz.

3. Yaşadığın həyatı sev. Sevdiyin həyatı yaşa.

4. Həqiqət budur ki, sizi hər kəs incidəcək. Məsələ bu inciməyə dəyəcək insanları tapmaqdadır.

5. Azadlıq uğrunda vuruşaraq ölmək, bütün həyatını həbsdəki kimi keçirməkdən yaxşıdır.

6. Sən kimsən ki, mənim yaşadığım həyatı mühakimə edirsən? Mən mükəmməl olmadığımı bilirəm və bunun üçün heç çalışmıram da. Başqalarına barmaq uzatmamışdan əvvəl, öz əllərinin çirkli olmadığından əmin ol.

7. Bu günün xoş anları sabahın kədərli xatirələrinə çevrilir.

8. Bəlkə də bəzi insanları aldada, axmaq yerinə qoya bilərsən. Lakin bu heç də hamıyla alınmayacaq.

9. Bir insanın uğuru onun nə qədər var-dövlət yığması ilə deyil, ətrafındakı insanlar nə qədər müsbət təsir edə bilməsi ilə ölçülür.

10. Bizim özümüzdən başqa heç kim beynimizi azad edə bilməz.

pahoo.az

Paylaş »
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər